Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:45

<i>«Üç nöqtə»</i>: «Gələn ay əfv fərmanı gözlənilir»


Səs: Real audio
Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur «Üç nöqtə» qəzetindəki «Gələn ay əfv fərmanı gözlənilir» başlıqlı məqalədə Gülər Kərimli yazır ki, hökumət, hüqüq-mühafizə orqanları, QHT-lər və hüquq müdafiəçilərindən ibarət İşçi Qrupun üzvü Çingiz Qənizadə deyib ki, dekabrın ikinci yarısında qurumun toplantısı baş tutarsa, bir çox siyasi məhbusun da azadlığa çıxması məsələsi müzakirə ediləcək. Əfv fərmanının isə bu ilin sonlarına yaxın olacağı gözlənilir. Məqalədə cəzaçəkmə müəssisələrində monitorinq aparılmasının ləngiməsinə də aydınlıq gətirilir.



Qeyd olunur ki, yayda Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun dəvəti ilə hüquq müdafiəçiləri görüş keçirib. Orda İctimai Şuranın əvvəlki tərkibi buraxılıb. Müəllif yazır ki, bu addım şuranın hüquqi bazasının olmaması ilə əsaslandırılır.



«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan müxalifəti Corc Buşdan izahat tələb edir» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, bu fantaziya heç Mozambik müxalifətinin də ağlına gəlməzdi. Məqalədə bildirilir ki, 6 noyabr parlament seçkisində «arxiv materialına» çevrilən radikal müxalifət və ona ruporluq edən bəzi mətbuat vasitələri öz məğlubiyyətlərinin ağrı-acısını ABŞ prezidenti ittiham etməklə çıxırlar.



Müəllif hesab edir ki, açıq-aydın «Corc Buş izahat verməlidir» tələbini etmək ictimai rəydə gülüş doğurur. Məqalədə bildirilir ki, Ağ Ev İlham Əliyev iqtidarını siyasi sabitliyin və davamlı demokratik inkişafın qarantı hesab edir və ona alternativ görmür.
XS
SM
MD
LG