Səs: Real audio
Məzahir Pənahovu komissiya üzvlərindən birinin əvəz edəcəyi gözlənilir «Yeni Azərbaycan» qəzetindəki «Milli Məclisin növbəti iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması məsələsinə baxıla bilər» başlıqlı məqalədə Nardar Bayramlı yazır ki, bu müzakirələrdən sonra sözügedən qurumun tərkibində müxalifətin iştirakı daha azsaylı olacaq. Məqalədə bildirilir ki, qanunvericiliyə əsasən artıq MSK fəaliyyətini başa çatdırıb. Hazırda isə yeni tərkibli komissiyanın formalaşması barədə müxtəlif fikirlər dolaşır. Çünki bəzi dairələr üzrə təkrar parlament və bələdiyyə seçkiləri keçirilməlidir. Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti iclasda MSK-nın yenidən formalaşdırılması məsələsinə baxıla bilər.
Müəllif qeyd edir ki, parlamentdə çoxluğu təmsil edən hakim Yeni Azərbaycan Partiyası və müstəqil deputatlar öz nümayəndələrini MSK üzvlüyünə təqdim etməyə hazırdırlar. Problem ondadır ki, azlığı təmsil edən partiyalardan Müsavat Partiyası və AXCP-nin üzvü olan millət vəkilləri hələ Milli Məclisin işində iştirak etmirlər.
«Üç nöqtə» qəzeti də MSK-nin yeni tərkibi ilə bağlı məsələyə toxunur. Bu mövzuda «MSK-nın yeni sədri kim olacaq» başlıqlı məqaləsində Vüsal Mehdioğlu yazır ki, hazırki sədr Məzahir Pənahovu komissiya üzvlərindən birinin əvəz edəcəyi istisna olunmur. Məqalədə bildirilir ki, seçki başa çatdıqdan sonra MSK-nın yenidən formalaşması diqqət mərkəzindədir, komissiyanın tərkibi isə əvvəlkindən fərqli olaraq 15 deyil, 18 nəfərdən ibarət olacaq. Müəllif yazır ki, eyni zamanda Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən 18 nəfərdən ibarət MSK-nın 6 üzvü MM-də çoxluq təşkil edən siyasi qurumu təmsil etməlidir.