Səs: Real audio
Məzahir Pənahovu komissiya üzvlərindən birinin əvəz edəcəyi gözlənilir 2006-cı ildə dövlət ali məktəblərindən birində müasir laboratoriya avadanlıqları ilə təchiz olunan elm-tədris mərkəzi yaradılacaq. Bu mərkəzin hansı ali məktəbdə yaradılacağı artıq tələbə və müəllimlərin öz əlindədir. Bunun üçün Milli Elm Fondu, ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu və Təhsil Nazirliyinin elan etdiyi müsabiqədə qalib gəlmək lazımdır.
Milli Elm Fondunun proqram meneceri Samirə Qaramollayeva deyir ki, yeni mərkəz tələbə və gənclərin tədqiqat imkanlarını artırmaq üçün müasir laboratoriya avadanlıqları ilə təmin olunacaq:
- Təkcə bir layihə qrantı udacaq. Qrantı udan institutda gənc alimlər və tələbələr üçün elm-tədris mərkəzi yaradılacaq.
Samirə Qaramollayevanın sözlərinə görə, müsabiqəyə Bakı Dövlət Universiteti 3, digər ali məktəblər isə ən çox 2 layihə təqdim edə bilər. Bunun üçün rektorun razılığı da olmalıdır:
- Müsabiqədə bütün institutlar iştirak edə bilər. Layihə bir qrup adından təqdim olunmalıdır və orada rektorun razılığı olmalıdır. Layihənin baş direktoru alim olmalıdır, üzvləri isə tələbələr də ola bilər.
Təkliflər yanvarın 31-dək Milli Elm Fonduna təqdim olunmalıdır. Qalibin hansı ali məktəb olacağı iyunun 15-də bildiriləcək.