Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:27

Leyla Yunus: «Mitinqlərdə qadınlar zorakılığa məruz qalırlar»


Səs: Real audio
Sülh və Demokratiya İnstitutu qadınların polis zorakılığına məruz qalması ilə bağlı hesabat yayıb 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə Sülh və Demokratiya İnstitutu qadınların polis zorakılığına məruz qalması ilə bağlı hesabat yayıb. Sənəddə son beş ildə, iki parlament və bir prezident seçkilərindən sonra keçirilən mitinqlərdə qadınların üzləşdikləri zorakılıq faktları haqda məlumatlar yer alıb. İnstitutun direktoru Leyla Yunus deyir ki, onlar müxalifətin noyabrın 26-da keçirilən aksiyasında qadın və uşaqların zorakılığa məruz qaldığını görəndən sonra bu haqda hesabat hazırlamağa qərar veriblər.



Xanım Yunusa görə, son beş ildə etiraz aksiyaları zamanı fiziki təzyiqlərə məruz qalan, xəsarət alan qadınların sayı onlarladır. Məsələn, bu müddət ərzində Şəki sakini, 1934-cü il təvəllüdlü Gülxar Paşayeva, Bakı sakinləri, 1949-cü il təvəllüdlü Mahirə Muradova, 1937-ci il təvəllüdlü Səmayə Hacıyeva, 1960-cı il təvəllüdlü Pəri Qasımzadə və 7 yaşlı Leyla Əliyeva polis zorakılığı nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti albılar.



Sənəd müəllifləri ABŞ, Rusiya və Türkiyənin dövlət başçılarına da müraciət ünvanlayaraq, Azərbaycanda insan haqlarının pozulmasına biganə qalmamağa çağırılıblar.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə hesabatda deyilənlərə münasibət bildirməkdən imtina etdi.



Bu arada Ombudsman Aparatı Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə dünya ölkələrinin keçirdiyi yazılı marafona qatılıb. Aparılan yazışmalar nəticəsində məlum olub ki, ən çox şikayət daxil olan ölkələr sırasında Azərbaycanın adı yoxdur. Amma ombudsman Elmira Süleymanova yerli telekanallara verdiyi müsahibədə il ərzində onlara insan hüquqlarının pozulması ilə bağlı çoxsaylı şikayətlərin daxil olduğunu bildirib.
XS
SM
MD
LG