Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 04:40
Rubrikalar

Qafqaz ölkələrində kimsəsiz uşaqlar


Səs: Real audio
Sülh və Demokratiya İnstitutu qadınların polis zorakılığına məruz qalması ilə bağlı hesabat yayıb UNICEF-in məlumatına görə, dünyada 300 milyondan çox uşaq işləyir. Həm də onların çoxu təhlükəli yerlərdə çalışır. Səbəblər kasıbçılıq, uşaqların kimsəsizliyidir.



Başqa bir məlumata görə, ildə 40 milyon uşaq doğulanda qeydiyyatdan keçmir. Yəni onların nəinki vətəndaşlığı, heç adı, soyadı da olmur. Tutaq ki, bu uşaqları uşaq evləri saxlayır. Bəs sonra? Məsələn, işsizlik problemi olan Azərbaycanda 17 yaşında uşaq evindən çıxanlar hara gedir?



Rəsmi statistikaya görə, Azərbaycanda uşaq evləri və internatlarda 75 mindən çox uşaq var. Bunların bir qismi maddi imkansızlıq ucbatından internata verilən uşaqlardır. Onların sonradan ailələrinə qayıtmaq imkanı var. Yetim və valideyn himayəsindən məhrum uşaqların qəyyumu isə dövlət sayılır. Bəs qanuna görə, dövlətin qəyyumluq borcu nədir?Bu suallara Bakıdakı həmkarımız Rövşən Qənbərov cavab axtarır.



- İndi Gürcüstanda 48 məktəb valideyn himayəsindən məhrum olan uşaqları böyüdür. Belə məktəblərdə 5 minədək uşaq var. 1999-cu ildən Gürcüstanda yeni proqram reallaşdırılır. Proqrama uyğun olaraq 900 uşaq ya öz ailəsinə qayıdıb, ya da hansısa ailə onu himayəyə götürüb. Amma yenə Gürcüstan küçələrində yüzlərlə, bəlkə də minlərlə kimsəsiz uşaq var. Onlar çörək axtaranda dilənməyə də məcbur olurlar, oğruluğa da. Çətin islah olunan uşaqlardan uşaq evləri də imtina edir. Tbilisinin küçələrində qalan uşaqlardan Lela Konçulia danışır.



- BMT-nin builki hesabatında deyilir ki, küçədən çox evində təhlükə ilə üzləşən qadınlardır. Dünyada gündə altı qadından biri döyülür. Fransada isə hesabata görə, dörd gündə bir qadın zorakılıqdan ölür. Asiya və Afrika ölkələrində vəziyyət daha gərgindir. Yerevandakı həmkarımız Narek Qalstyan Ermənistanda qadınların vəziyyətindən danışır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG