Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir «Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının taleyi müzakirəyə çıxarılacaq, ancaq məsələ ləğv edilmiş dairələrə təkrar seçkiyəcən təxirə salına da bilər».
Bunu «Azadlıq» radiosuna AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross dedi: «Biz nümayəndə heyətinin mandatıyla bağlı qərar verəcəyik. Qərar verəcəyik ki, bu məsələyə yanvarda baxaq, ya da boş yerlərə təkrar seçkidən sonraya saxlayaq. Azərbaycanla bağlı qətnamə qəbul etməyə ehtiyac yoxdur».
Cənab Qrossa görə, Azərbaycanın nümayəndə heyətinin mandatını təzələmək məsələsinə sessiyanın birinci günü- yanvarın 23-də baxılacaq, əgər rəy mənfi olsa, yaxud mandat şübhə altına alınsa, onlar sessiyanın keçirildiyi həftə ərzində məruzə hazırlayacaqlar. O, mandat məsələsinin ciddi müzakirəyə səbəb olacağını bildirir.
Həmməruzəçi Seçki Məcəlləsinə, seçki komissiyalarının tərkibinə hansısa dəyişiklik edilməsinin mümkünlüyü barədə belə düşünür: «Biz səfeh deyilik, bu, mümkün olan iş deyil ki, siz 10 seçki keçirəsiz və deyəsiz ki, 11-ci seçkidə qanunu dəyişəcəksiz. Fakt budur ki, son iki seçkidə Azərbaycan hökuməti tövsiyələrə hörmət etmədi, böyük saxtakarlıqlar ona görə baş verib ki, Mərkəzi Seçki Komissiyası, seçki komissiyaları ədalətli, qərəzsiz, müstəqil şəkildə təşkil olunmayıb. Ona görə də biz daha vədlər barədə düşünmürük, faktlarla işləyirik».
Andreas Qross bildirir ki, AŞPA prezidenti Rene van der Linden gələn ilin yanvarında əvvəlcədən nəzərdə tutulan səfərlə Bakıya gələ bilməyəcək. Onun sözlərinə görə, yanvarın ortalarında Bakıya monitorinqə gələcək missiyaya həmməruzəçilər, hollandiyalı deputat Leo Platvoet və bir neçə başqa deputat daxil olacaq.