Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:48

AIESEC tələbə təşkilatının Azərbaycanda nümayəndəliyi açılıb


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir Dünyanın ən böyük tələbə təşkilatlarından olan və 91 ölkədə fəaliyyət göstərən AIESEC – İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri üçün beynəlxalq təşkilatın Azərbaycanda da nümayəndəliyi açılıb.



Gələn ilin fevralında təşkilatın Rotterdamda keçiriləcək beynəlxalq konfransında isə Azərbaycanın bu təşkilata rəsmi üzvlük məsələsi müzakirə ediləcək.



Təşkilatın Azərbaycan üzrə nümayəndəsi Bəxtiyar Hacıyevin sözlərinə görə, bu qurumun əsas məqsədi üzv ölkələrin gəncləri arasında təcrübə mübadiləsi aparmaqdır. Bəxtiyar Hacıyev deyir ki, dövlət və ya qeyri-dövlət səviyyəsində dəstək olarsa, quruma üzv olmaqda heç bir problem yaranmayacaq. Bu üzvlük Azərbaycanın tarixi və mədəniyyətini dünyanın əksər ölkələrində təbliğ etmək üçün gənclərə geniş imkanlar yaradılacaq:



- Bu, Azərbaycan gənclərinə 90 ölkədən çox geniş bir şəbəkəyə çıxış imkanı verir. Bu o deməkdir ki, sabah hansısa bir azərbaycanlı tələbə Azərbaycan həqiqətlərini 90 ölkədə təbliğ edə bilər. Azərbaycan mədəniyyəti, burada baş verən proseslər, Qarabağ münaqişəsi haqqında düzgün məlumatlar verə bilər.



Hazırda AIESEC-in Azərbaycandakı nümayəndəliyinin 10 nəfər gəncdən ibarət idarə heyəti fəaliyyət göstərir. Onlardan biri də Aysel Seyidovadır:



- Mən 2-3 həftədir ki, bu təşkilatın üzvüyəm. Mən çox beynəlxalq tədbirlərdə iştirak etmişəm və bildiklərimi digər üzvlərlə bölüşmək istəyirəm. İnanıram ki, hələ uzun müddət təşkilatın üzvü olacağam və bundan da qürur hissi keçirirəm.



AIESEC təşkilatı 1948-ci ildən fəaliyyət göstərir və hazırda 91 ölkənin 800-dən çox universitetinin tələbə və gənclərini özündə birləşdirir. Hər il 350 beynəlxalq konfrans təşkil edən bu beynəlxalq qurum ildə 5000 tələbə mübadiləsi həyata keçirir.
XS
SM
MD
LG