Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:07

«Azpetrol» kimindir, kimin olacaq?


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir Son bir neçə həftə ölkənin gəlirli özəl şirkətləri ətrafında hüquqi qalmaqallar gedir



Apellyasiya Məhkəməsi "Azpetrol"un sahibkarlığını faktiki dəyişən qərar çıxarır. "Azərkabel" şirkətinin direktoru Ağabəy Hüseynov həbs olunur, özəlləşdirmə fırıldaqlarında, külli miqdarda dövlət əmlakını mənimsəmədə təqsirləndirilir.



Bundan iki həftə qabaq "Bakelektroştamp" şirkətinin sahibləri olan Zülfüqarlı qardaşları başqa bir ittihamla – hədə-qorxu ilə pul qoparma ittihamı ilə həbs olunmuşdular.



"Azpetrol" şirkətinin kimə məxsusluğu ilə bağlı həmişə müxtəlif məlumatlar səslənib. Bir müddət yerli kütləvi informasiya vasitələrində onun prezidentin əmisi Cəlal Əliyevə məxsus olduğu bildirilirdi.



Azərbaycan İqtisad Məhkəməsinin dekabrın 19-da çıxardığı qərarla isə şirkətin sahiblik hüququ Azərbaycan vətəndaşı – "Azərtrans Ltd." MMC-nin keçmiş sahibi İbrahim Məmmədova verilib. O və Vergilər Nazirliyi "Azpetrol"un təsis sənədlərinə sonradan edilən dəyişikliklərin etibarsız sayılmasına dair iddia qaldırmışdı.



İbrahim Məmmədovun vəkili Ramiz Həsənov deyir ki, əslində, "Azpetrol" əvvəldən onun müdafiə etdiyi şəxsin olub. Amma o, təzyiq altında öz payından Hollandiyanın "Allied Meridian Oil and Gas Group BV” şirkətinin xeyrinə imtina edib.



Vəkil deyir ki, bu təzyiqləri kimin etdiyini bilsə də, onların adlarını açıqlamaq fikrində deyil.



Hollandiya şirkətlərinin yaydığı məlumatda isə qeyd edilir ki, məhkəmənin bu işlə bağlı mövqeyi və qərarı Azərbaycanın hüquq sisteminin ədalətliliyinə ciddi şübhə yaradır.



Azərbaycandakı mülkiyyətlərinin bu şəkildə müsadirə olunmasından ciddi narahat olan şirkət nümayəndələri deyirlər ki, onlar öz sərmayələrini qorumaq üçün bütün mümkün beynəlxalq hüquqi vasitələrə ələ atacaq və zərurət yaranarsa, Azərbaycan dövlət orqanlarının hərəkətləri nəticəsində onlara vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edəcəklər.



Bu məlumatı Hollandiyada yerləşdiyi bildirilən "Azpetrol Group BV" və “Azpetrol Oil Services Group BV” şirkətlərinin Azərbaycandakı vəkili Muxtar Musayev yayıb. O, hesab edir ki, iddiaçı İbrahim Məmmədovun vəkilinin "Azpetrol"un onun müdafiə etdiyi şəxsə məxsus olması barədə tutarlı sübutlar gətirə, o cümlədən İbrahim Məmmədovun öz payından kimlərin təzyiqi ilə imtina etməsi haqda bir şey deyə bilməməsi şirkətin ona məxsus olmadığını göstərir.



Hollandiyada belə bir şirkətlərin doğrudan da fəaliyyət göstərib-göstərmədiyinə gəldikdə, vəkil Muxtar Musayev deyir ki, o, hüquqlarını müdafiə etdiyi şirkətlə bir neçə gün əvvəl müqavilə bağlayıb.
XS
SM
MD
LG