Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Gənclərin vətənpərvərlik mövzusunda ifası dinlənildi


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir - Vətənpərvərlik ruhu hər birimizin içində olmalıdır, bu, hər birimizin borcudur. Heç vaxt belə bir tədbirdə vətənpərvərlik mövzusunda mahnı oxumamışdım. Bu, birinci dəfə idi və mənim üçün çox həyəcanlı dəqiqələr idi.



Bu, "Azərbaycan-vətənim mənim" Bakı şəhər Gənclərinin Vətənpərvərlik Mahnıları Festivalının iştirakçısı, Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsi Aqşin Abdullayevdir.



Dekabrın 23-də keçirilən festivalı Gənclər, İdman və Turizm Nazirliyi prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Gəncliyi Dövlət Proqramı" çərçivəsində təşkil edib. Nazirliyin şöbə müdiri Əli Məmmədovun sözlərinə görə, əsas məqsəd gənclərdə vətənpərvərlik hissini yüksəltməkdir:



- Həmişə olduğu kimi bu gün də gənclərin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin tərkib hissəsi olaraq ən aktual məsələlərdən biri kimi qarşımızda qoyulub. Prezident tərəfindən avqustda 5 ili əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiq olundu. Bu tədbirlər planının bəndlərinə uyğun olaraq gənclərin yaradıcılıq qabiliyyətini üzə çıxaran, xüsusilə də onların vətənpərvərlik tərbiyəsinə öz müsbət təsirini göstərən bu cür tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.



Festivalda 20-yə yaxın gəncin vətənpərvərlik mövzusuna həsr olunmuş ifası dinlənildi. Sonda iştirakçılara şəhadətnamələr təqdim olundu.



Əli Məmmədovun sözlərinə görə, nazirlik bu cür festivalı artıq ikinci dəfədir ki, keçirir. Ötən il "Hünər" adlı festivalda gənclər hərbi və əsgər mahnıları ifa ediblər.
XS
SM
MD
LG