Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42
Rubrikalar

Gənclər ipotekanı güzəştli şərtlərlə ala biləcəklər


Səs: Real audio
«Azəriqaz»ın rəhbəri qazın qiymətinin gələn il artmayacağını deyir - Gənclər ipotekanı 40 faizə qədər güzəştli şərtlərlə ala biləcəklər. Bu barədə Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev bildirib. Onun verdiyi məlumata görə, nazirlik gənc ailələrə mənzil almaq üçün güzəştli kreditlərin verilməsi mexanizmini artıq Nazirlər Kabineti və Prezident Aparatına təqdim edib.



Əbülfəz Qarayevin sözlərinə görə, onların təklifləri qəbul olunarsa, gənclər üçün ipoteka kreditlərinin şərtləri xeyli yüngülləşəcək. O deyib ki, təkliflərlə Milli Bank da razıdır və gənclər güzəştli kreditləri gələn ilin fevralından başlayaraq əldə edə biləcəklər.



- Prezident İlham Əliyev Tarif Şurasının əsasnaməsini təsdiq edib. Tarif Şurası dövlətin tənzimlədiyi qiymətlərin nizamlanması barədə ildə iki dəfə prezidentə hesabat verəcək. Bu, anti-inflyasiya tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlərdən biridir. Tarif Şurasının tərkibi də təsdiq edilib. Şuranın sədri iqtisadi inkişaf naziridir.



- Dekabrın 27-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 591, 1 avro 5 434, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG