Səs: Real audio
Tam kompensasiyalar isə komissiya işini bitirdikdən sonra veriləcək Yanvarın 7-8-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsində Daglıq Qarabağ münaqişəsilə bağlı müzakirələr olacaq. Bunu «Azadlıq» radiosuna Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi.
Daglıq Qarabağ problemini Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti də qurumun Parlament Assambleyasının yay sessiyasının gündəliyinə salmağa çalışacaq. Nümayəndə heyətinin üzvü Eldar İbrahimov belə deyir.
AŞPA-nın yanvar sessiyasının gündəliyində hələlik Azərbaycanla bağlı məsələ yoxdur. Ancaq Azərbaycan üzrə həmməruzəçi Andreas Qross bir müddət əvvəl «Azadlıq» radiosuna demişdi ki, gündəlik hələlik ilkin variantdadır, ona dəyişiklik edilə bilər.
Səməd Seyidovun dediyinə görəsə, gündəliyin son variantı yanvarın 23-ü səhər tezdən büro iclasında təsdiqlənəcək. Ancaq cənab Seyidov Azərbaycanla baglı məsələnin gündəliyə salınacagına inanmır.
Azərbaycan nümayəndə heyətinin mandatı məsələsi isə prosedur qaydalarına görə gündəlikdə olmalıdır. Ancaq bu parlamentdəki boş yerlərə seçkilərəcən- yəni yaya təxirə salına da bilər.