Səs: Real audio
Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə layihə direktoru «Azərbaycanın getməli olacağı ən böyük güzəşt Dağlıq Qarabağın statusuyla bağlı olacaq» - deyir «Dağlıq Qarabağda yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq sülhməramlıların tərkibinə nə ATƏT-in Minsk Qrupunun üzvləri, nə də region dövlətləri daxil ola bilməz. Yəni nə Rusiya, nə də Türkiyə regionda sülhməramlı qüvvə ola bilməz. Ancaq Avropa Birliyinin bu missiyaya maraq göstərəcəyi istisna deyil».
Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz üzrə layihə direktoru Sabin Frayzer «Azadlıq» radiosuna belə deyir. Onun sözlərinə görə, sülhməramlıların beynəlxalq mandatı olmalıdır. Bu mandatı ya BMT-nin Təhlükəsizlik Şurası, ya da ATƏT verə bilər: «Yəni ya BMT-nin Baş katibi, ya da ATƏT sədri ölkələri missiyada iştirak üçün əsgər göndərməyə dəvət edə bilər. Bu dəvəti hansı ölkənin qəbul edəcəyini gözləmək lazımdır, bəlkə Avropa Birliyi də bunda maraqlı olar».
Xanım Frayzerin fikrincə, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsi sülhün əldə olunmasında deyil, onun həyata keçirilməsində ola bilər. Məsələn, birlik sülh sazişi imzalanandan sonra bərpa işlərini maliyyələşdirə, humanitar fəaliyyət göstərə bilər.
BBQ-nın ötən ilin dekabr ayı üçün yaydığı hesabatda deyilir ki, Avropa Birliyinin xarici siyasət rəsmisi Xavyer Solana ötən ay Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərilə görüşdən sonra münaqişənin həllində birliyin daha yaxından iştirakını təklif edib. Tərəflər bunu alqışlayıb, ancaq bildiriblər ki, bu təklif münaqişədən sonrakı bərpa işlərinə yönəlməlidir.
Sülh sazişinin imzalanması üçün münaqişə tərəflərinin qəbul etməli olduğu güzəştlərə gəlincə, Sabin Frayzer deyir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş bütün əraziləri qaytarmalı, Dağlıq Qarabağın isə statusunun hələ müəyyən olunmamasına hazır olmalıdır.
O, hesab edir ki, Azərbaycanın getməli olacağı ən böyük güzəştsə Dağlıq Qarabağın statusuyla bağlı olacaq. Yəni rəsmi Bakı bu məsələdə müxtəlif variantlara hazır olmalıdır.
BBQ dünya ictimaiyyətinə münaqişələr barədə proqnoz vermək, mümkün konfliktlərin qarşısını almağa yönəlmiş fəalliyyət göstərmək məqsədilə yaradılıb.