Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:13

Hökumətin yeni qiymət siyasətində əhalinin mənafeyi nəzərə alınıbmı?


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır «Panorama»nın bu dəfəki qonağı Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü, baş nazirin keçmiş müavini Vahid Əhmədovdur.



Söhbətdə həmçinin «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu da iştirak edir.



Bu həftə Taarif Şurası dizel yanacağının, ağ neftin və məişət sobası yanacağının qiymətini iki dəfə artırdı. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov hesab edir ki, hökumət bu addımı atmaqla bir qədər tələskənliyə yol verib. Onun sözlərinə görə, sözügedən yanacaq növlərinin qiymətinin iki dəfə artırılması bütün sahələrdə qiymət artımına gətirib çıxaracaq. Odur ki, hökumət əvvəlcə bunun nəticələrinə hazır olmalı, əhalinin aztəminatlı təbəqlərinin mənafeyini düşünməli idi.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG