Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:29

Qazaxıstanın BTC-yə qoşulması yaxın vaxtlarda reallaşa bilər


Səs: Real audio
Bu ölkənin Baş naziri Danial Əhmədov bildirib ki, hökumətlərarası saziş artıq hazırdı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin andiçmə mərasimində iştirak edən Azərbaycanın Baş naziri Artur Rasizadə həmkarı Danial Əhmədovla görüşüb.



«AzərTAc»ın yaydığı məlumata görə, cənab Əhmədov bildirib ki, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinə qoşulması üçün hökumətlərarası saziş artıq hazırdır və yəqin ki, ən yaxın vaxtlarda imzalanacaq.



Aktau limanında infrastrukturun genişləndirilməsindən danışan Danial Əhmədov deyib ki, buradan Bakıya neft daşınması üçün artıq 4 tanker alınıb, 2 tanker də yaxın zamanlarda gətiriləcək.



Artur Rasizadə isə ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. O, Bakıdan Aktauya dənizin dibi ilə optik rabitə xəttinin çəkilməsi, qarşılıqlı surətdə aviaxətlərin artırılması məsələlərini ön plana çəkib.



Tərəflər Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının iclaslarının ildə iki dəfə keçirilməsini qərara alıblar.
XS
SM
MD
LG