Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Dağlıq Qarabağ münaqişəsinin həll oluna biləcəyinə yüksək səviyyədə daha bir eyham vuruldu. ATƏT sədrliyinə başlayan Belçikanın xarici işlər naziri Karel de Quxt yanvarın 11-də Brüsseldəki çıxışında Avropanın "donmuş münaqişələr"ində açılışlar görsəndiyini deyib.
Bundan qabaq Londondakı "Economist Foreign Report" agentliyi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin "mərhələli həll"inə, Azərbaycanın isə Dağlıq Qarabağın statusuyla bağlı referendum keçirilməsinə yekun olaraq razılıq verdiyini deyirdi.
Referenduma əsaslanan həll variantı haqda xəbərlərdə Dağlıq Qarabağ çevrəsində işğal olunmuş 7 rayondan azı 5-dən erməni qüvvələrinin çıxarılacağı və sülhməramlı qüvvələrin yeridiləcəyi bildirilir. ATƏT sədri Brüsseldəki çıxışında bənzər qüvvələrə işarə edib
Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinə Azərbaycanda reaksiyalar əsasən mənfi yöndədir. Xüsusilə də müxalifət partiyaları hesab edirlər ki, Dağlıq Qarabağda referendum keçiriləcəksə, bu, həmin ərazinin itirilməsi demək olacaq. Çünki hətta Dağlıq Qarabağda münaqişədən əvvəlki vəziyyət bərpa edilsə bələ, yenə erməni əhalisi azərbaycanlılara nisbətən çoxluq təşkil edəcək. Nəticədə isə məhz həmin çoxluğun mövqeyi qəbul ediləcək.
Müsavat partiyasının başqanı İsa Qəmbər deyir ki, Azərbaycan hakimiyyəti həm referendumla, həm də ümumilikdə danışıqların gedişiylə bağlı ictimaiyyətə məlumatlar verməlidir. Onun sözlərinə görə, xalq bilməlidir ki, Qarabağ münaqişəsi necə həll edilir və bu istiqamətdə Azərbaycan hakimiyyətinin mövqeyi nədən ibarətdir.
İsa Qəmbər deyir ki, sülh sazişi nə vaxtsa bağlanacaqsa, bu, təkcə iki ölkənin dövlət başçılarının imzası ilə öz həllini tapmayacaq. Bu prosesdə Azərbaycan və erməni xalqı da yaxından iştirak edəcək. İsa Qəmbər hesab edir ki, Azərbaycan xalqı öz torpaqlarını qorumaq gücündədir və ona görə də həqiqəti geniş ictimaiyyətdən gizlətməyin heç bir mənası yoxdur. Müsavat başqanının sözlərinə görə yaxşı olar ki, hakimiyyət danışıqlarda konfidensiallığı qorumaq şərti ilə əsas məsələlərlə bağlı həqiqəti açıq söyləsin.
Azərbaycan rəsmiləri isə referendum ideyasına qəti olaraq "yox" demirlər. Prezident Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyir ki, Dağlıq Qarabağda referendumun keçirilməsi məsələsini müharibə şəraiti aradan götürüldükdən və işğal edilən ərazilər boşaldıldıqdan sonra müzakirə etmək olar. Bu da onun sözlərinə görə, 15-20 ildən sonra mümkündür.
Novruz Məmmədov qeyd edir ki, tərəflər arasında münaqişənin həlli ilə bağlı hər hansı prinsipial bir razılıq əldə edilmədiyindən, ictimaiyyətə geniş izahat verməyə heç bir lüzum qalmır. Novruz Məmmədovun sözlərinə görə, Qarabağ münaqişəsi ətrafında belə hay-küy qaldırmaq münaqişənin həllinə yox, siyasi məqsədlərə xidmət edir.
Ancaq müstəqil hüquqşünaslar hesab edirlər ki, ölkə konstitusiyası Azərbaycanın bir parçasında referendum keçirməyə imkan vermir. Əgər gələcəkdə belə bir məsələ ortalığa çıxarsa, onda konstitusiyaya dəyişiklik etməyə ehtiyac yaranacaq.
Müstəqil siyasətçi Rasim Musabəyov deyir ki, referenduma icazə verilməsi çox təhlükəlidir. Onun fikrincə, referendumda sual kimi hətta birmənalı olaraq müstəqillik məsələsi qoyulmasa da, bu, Ermənistan tərəfinin niyyətlərinin dolayı da olsa gerçəkləşməsi olacaq. Çünki bununla Dağlıq Qarabağ Azərbaycanın hüquqi baxımdan nəzarətindən çıxmış olacaq.
Rasim Musabəyov deyir ki, Azərbaycan referenduma icazə verməklə həmçinin Dağlıq Qarabağın mübahisəli zona olduğunu da etiraf etmiş ol