Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Məktəblərdə Gənclər Şurası yaradılır


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Bu il Şəki, Ağdaş və Gəncənin ümumilikdə 6 məktəbi və Şüvəlandakı internat məktəbində Gənclər Şurası yaradılacaq. Şuranın üzvlərinə 9 mövzu üzrə treninqlər keçiriləcək. Treninqləri Azərbaycan Gənclər İttifaqı CRS – Katolik Yardım Xidməti beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə təşkil edəcək.



İttifaqın nümayəndəsi Fuad Dərgahlı deyir ki, treninqlər zamanı şagirdlərə komandada iş, liderlik bacarıqları, münaqişəli vəziyyətlərin həll olunması, icma ilə əlaqələrin qurulması, kütləvi informasiya vasitələri ilə iş öyrədiləcək. Həm də heç bir pul ödəmədən.



Fuad Dərgahlının sözlərinə görə, əsas məqsəd gənclərin bilik və bacarıqlarını artırmaq, məktəb və icmalardakı problemlərin həllində onların fəal iştirakını təmin etməkdir.



Fuad Dərgahlı deyir ki, bundan əvvəl Bakı, Mingəçevir və Qubanın 3 orta məktəbində də buna bənzər layihələr həyata keçirilib. Quba şəhər 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alan Telman Almazov deyir ki, bu layihə çərçivəsində onlar nəinki biliklər əldə ediblər, həm də lazımi tədris vəsaitləri ilə də təmin olunublar.
XS
SM
MD
LG