Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:26

Aclığı dayandırmaq xahişləri səmərə vermir<p align=`left`><br><br>


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər Qovulduqları ali məktəblərə bərpa olunmaq tələbi ilə 17-ci gündür aclıq aksiyası keçirən tələbələrin səhhətində problemlər ciddiləşir. Yanvarın 13-də onlara baş çəkən 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Arzu Hüseynov da onları aksiyanı dayandırmağa çağırıb



Eyni çağırışla yanvarın 13-də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova da bir daha gənclərə müraciət edib. Ombudsman gənclərdən aclığı dayandırmağı və ya xəstəxanada həkimlərin nəzarəti altında keçirməyi məsləhət görüb. Eyni zamanda hərbi komissarlığa müraciət edərək onlar üçün bir illik möhlət götürməyə hazır olduğunu da bildirib. Ombudsmanın sözlərinə görə, bu müddətdə gənclər də imtahanları verib ali məktəbə bərpa oluna bilərlər. Amma gənclər bu təkliflə razılaşmayıblar.



Ombudsman yanvarın 12-də səhhəti kəskin pisləşdiyindən xəstəxanaya yerləşdirilən Emin Hüseynov və onun həkimləriylə də görüşdüyünü və onun vəziyyətinin indi qənaətbəxş olduğunu bildirib.



Aclıq aksiyası keçirən Namiq Feyziyevin anası Xoşavaz Feyziyeva isə rəsmilərin gənclərin taleyinə laqeydliyindən narahat olduğunu deyir.



«Yeni Fikir» təşkilatının üzvü Namiq Feyziyevlə AXCP Gənclər Komitəsinin üzvü Turan Əliyev siyasi baxışlarına görə universitetlərdən qovulduqların bildirirlər. Təhsil naziri Misir Mərdanov bu ittihamları qəbul etmir və bildirir ki, Namiq Feyziyev akademik borcunu ödəmədiyinə, Turan Əliyevsə dövlət əleyhinə vərəqələr yaydığına görə ali məktəbdən kənarlaşdırılıb.
XS
SM
MD
LG