Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Bakının qar «macərası»


Səs: Real audio
Rusiyanın Müdafiə naziri «Problemin həllini yalnız Ermənistanla Azərbaycan tapmalıdır, dünya ictimaiyyəti isə, bunun üçün mümkün olan hər şeyi etməlidir» - deyir Bakıya güclü qar yağıb. Buna hətta xarici agentliklər ayrıca xəbər həsr ediblər. Deyirlər ki, Rusiyanın müdafiə naziri Sergey İvanov qarı göstərib deyib ki, biz sizinlə soyuqları bölüşdüyümüz kimi, silahı da bölüşə bilərik



Bu gün uşaq bağçalarında bir ayrı aləm var. Müəllimələr söz veriblər ki, uşaqları evə tez buraxacaqlar, onlar da gedib qartopu oynaya biləcəklər. Məktəblilərin isə bu sarıdan bəxti gətirib, böyükdürlər axı, onları bayıra buraxırlar.



Ağappaq qara bürünmüş parklarda bir vur-çatlasın var ki, gəl görəsən. Sevinclərinin həddi hüdudu yoxdur. Qızları qartopu atəşinə tutan kim, qarın üstündə güləşən kim...



Bir də bu gün soyuqdur deyə, uşaqları məktəbdən tez buraxıblar. Uşaqlar deyirlər ki, soyuq olanda, sinif otaqlarında oturmaq çətin olur.



Böyüklər isə həmişə olduğu kimi, yenə də harasa tələsirlər. Özü də bu gün həmişəkindən daha çox. Gecədən yağan qar paytaxtda xeyli problem yaradıb. Yollar buz bağlayıb, şəhərdə tıxaclar yaranıb, avtomobillərin hərəkəti çətinləşib. Marşrut avtobusları isə gecikir. Soyuq olduğundan, bəzi marşrutlar gediş haqqını 500 manatdan 1000 manata qaldırıblar.



Bakıda hamının evi isti deyil. Bayırda 6 dərəcə şaxta var, paytaxtın mərkəzindən uzaqlaşıb kənarlarına doğru getdikcə, məlum olur ki, Bakının istilik sistemi qarı qarşılamağa tam hazır deyil. Mənzillərə verilən qaz azalıb, işıqlar isə tez-tez sönür.



Hökumətdə isə deyirlər ki, Bakı bundan da soyuq qışa hazırdır. Bakı şəhər İcra Hakimiyyəti təsərrüfat şöbəsinin rəisi Xalid Ələkbərov paytaxtda yaşayanların narahatlığına əsas görmür. Deyir ki, sürüşmənin qarşısını almaq üçün yollara qum, duz səpirlər, küçələri qardan təmizləmək üçün texnika da kifayət qədərdir.



Elə şəhər Yol Polisi İdarəsinin növbətçisi Ramiz Əzizov da deyir ki, Yol Polisi öz işinin öhdəsindən gələ bilir. Onun sözlərinə görə, indi sürücülərin də üstünə məsuliyyət düşür. Yol Polisi rəsmisi şəxsi avtomobillərdən istifadə etməməyi məsləhət görür, deyir ki, təcrübəsiz sürücülər yola çıxmasalar yaxşıdır.



Şəhərin qaz təchizatına məsul olan Bakı şəhər Qaz İdarəsi də sakinlərin iradlarını qəbul etmir. İdarənin rəis müavini Nüsrət Qasımov deyir ki, heç son 15 ildə Bakıya bu qədər qaz verilməmişdi. Adi qış günlərdə şəhərə 8-9 milyon kubmetr qaz ötürülürdüsə, qarın yağmasına görə indi Bakıya gündə 11 milyon kubmetrə qədər qaz verilir. Nüsrət Qasımov deyir ki, indi ancaq qazpulunu verməyənlərin qazı gəlmir, qalan hamıya normal qaz ötürülür.



Paytaxta işıq verən «Barmek» şirkəti də deyir ki, son 4 ildə istehlak rekord həddə çatıb. «Barmek»in mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əhaliyə məsləhət görür ki, şəhərin elektrik sistemini qorumaq üçün standart olmayan-əldəqayırma qızdırıcılardan istifadə etməsinlər. Hə, bir də elektrik xəttində texniki problem yarananlar "Barmek"in «199» nömrəli xidmətinə zəng vura bilərlər. Xidmət 24 saat işləyir.



Həkimlər isə soyuq havada bayıra çıxmamağı, çıxanda da qalın geyinməyi məsləhət görürlər. Şaxtalı havada burnu, bir də qulağı donvurmadan qorumaq məsləhətdir. Allah göstərməsin, kimisə don vursa, yəni bədənin hansısa hissəsində qan dövranı pisləşsə və həmin yer qızarsa, o yeri ovuşdurmaq lazımdır.



Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosu isə havaların bu şənbəyə qədər belə şaxtalı olacağını deyirlər. Amma həftənin 4-cü günündən başlayaraq hava
XS
SM
MD
LG