Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:57

Son günlər Azərbaycanda çöl quşları qırılır


Səs: Real audio
Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri yaradılıb Baytarlıq Xidməti bunda qorxulu heç nə olmadığını deyir



Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, son günlər Xaçmaz, Dəvəçi, Masallı və Göyçay rayonlarında çöl quşlarının qırılması halları baş verib. Bununla da əhali arasında Azərbaycanda «quş qripi» xəstəliyinin olması haqqında söz-söhbətlər artıb. Ancaq Baytarlıq Xidməti bildirir ki, çöl quşlarının qırılmasının səbəbi «quş qripi» deyil.



Xidmətin rəisi İsmayıl Həsənov deyir ki, həmin quş cəsədləri üzərində ilkin yoxlama aparılıb. Məlum olub ki, çöl quşları infeksion xəstəliklərdən, soyuq və aclıqdan ölüblər:



«Şənbə və bazar günləri Respublika Baytarlıq Laboratoriyasına 80 nümunə gəlib. Birinci müayinə zamanı bir neçə sərçə, qarğa və qu quşunda "nyukasl" xəstəliyinin olması müəyyənləşdirilib. Müayinələr davam etdirilir. Quşların ölümünə havaların soyuq keçməsi, aclıq da səbəb ola bilər».



İsmayıl Həsənov onu da deyir ki, əvvəlki illərdə də çöl quşlarının qırılması faktları qeydə alınıb, bu, təbii hadisədir.



Epizotiya Əleyhinə Respublika Ekspedisiyasının rəisi, baytar həkimi Rafiq Muradov deyir ki, "nyukasl" xəstəliyinin daşıyıcıları çöl quşlarıdır. Xəstəlik insana keçmir, ev quşları peyvənd olunarsa, xəstəliyə qarşı onlarda immunitet yaranır. Həkimin sözlərinə görə, Dövlət Baytarlıq Xidməti bu xəstəliyə qarşı tədbirləri gücləndirib:



«Keçən ilin sentyabr ayında «qara yara» xəstəliyinin olması haqqında təlaş yaranmışdı. Ancaq bu xəstəlik heyvanlar arasında təsadüf olunmadı. Hazırda "nyukasl"a qarşı tədbirlər gücləndirilib. Bölgələrdə həkimlərimiz işləyir».



Rafiq Muradov deyir ki, vətəndaşlar özləri də ev quşlarının bu xəstəliyə qarşı peyvənd edilməsində maraqlı olmalıdırlar.



«Quş qripi» xəstəliyinə qarşı qabaqlayıcı tədbir kimi Bakıdakı 7 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında ixtisaslaşmış mərkəz açılıb. Hər gün burada Bakıdakı Təcili Yardım Stansiyasının həkimləri üçün seminar keçirilir, xəstəliyin əlamətləri olarsa, hansı tədbirlər görülməsi öyrədilir.



Xəstəxananın baş həkimi Məhəbbət İbrahimova deyir ki, bu günə qədər xəstəxanaya müraciət edən olmayıb. O deyir ki, kim xəstəliklə bağlı özündən şübhələnirsə, təcili bu xəstəxanaya müraciət etsin. Mərkəz pulsuz fəaliyyət göstərir. Burada süni tənəffüsə ehtiyacı olan xəstələr üçün qurğu da ayrılıb. Reanimotoloq Fərhad Məmmədov:



«Adətən bu xəstəlikdən əziyyət çəkənlərin çox vaxt süni tənəffüsə ehtiyacları olmur. Ancaq bizdə bu qurğu da var ki, sabah çətinliklə üzləşməyək».



Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun verdiyi məlumata görə, yanvarın 31-nə qədər Azərbaycanda «quş qripi» virusu aşkarlanmayıb. Onun sözlərinə görə, ancaq təhlükə mart ayına qədər qalır. Köçəri quşların Azərbaycana axırıncı uçuşları mart ayında olacaq. Yanvarın 31-də köçəri quşlar arasında virusun olub-olmamasını müəyyən etmək üçün 8-ci monitorinqə başlanıb. Fevralın 1-də isə Maliyyə Nazirliyi xəstəliyə qarşı mübarizə aparmaq üçün Dövlət Baytarlıq Xidmətinə 100 min dollar məbləğində vəsait ayıracaq.



İsmayıl Həsənovun verdiyi məlumata görə, bundan əvvəl Azərbaycana 50 min dollar ayıran Asiya Bankı daha 100 min dollar ayırmağı da planlaşdırır. Azərbaycandakı quşlardan götürülmüş qan nümunələrinin ABŞ-ın Londondakı referent laboratoriyasına göndərilməsi üçün yanvarın 31-də nümunələri aparacaq avadanlıqlar Bakıya gətirilib, nümunələr isə Londona həftəsonu göndəriləcək.



Bu günlərdə Bakıda olan Dünya Səhiyyə Təşkilatının nümayəndələri isə Naxçıvan, Bərdə və
XS
SM
MD
LG