Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

«Barmek» abunəçilərə fevralın 10-na kimi vaxt verdi


Səs: Real audio
Fevralın 10-da Brüsseldə görüşəcək Azərbaycan və Ermənistan futbol federasiyaları rəhbərlərinin neytral meydana dair müzakirələri yekunlaşdıracaqları deyilir Fevralın 10-na kimi elektrik enerjisi haqqını ödəməyən abunəçilərin işığı söndürüləcək. «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev «Azadlıq» radiosuna bildirib ki, buna səbəb havaların soyuması ilə əlaqədar elektrikdən istifadənin rekord həddə çatmasıdır. Onun sözlərinə görə, ötən ilin son aylarında şirkət Bakının işıqla təminatına 775 milyard kilovat saat elektrik enerjisi alırdısa, bu ilin yanvar ayı ərzində bu rəqəm 1 milyard kilovatt saata catib.



Cənab Mustafayev deyir ki, nəinki istehlakçının şirkətə, həmçinin müəssisənin dövlətə ödəmələrində də bu dəyişiklik ciddi problem yaradır.
XS
SM
MD
LG