Səs: Real audio
Sərnişindaşımada qiymətlərin qaldırılmamasına etiraz edən Bakıda 160 nömrəli marşrutun sürücüləri fevralın 1-də tətilə başlayıblar. Onlar tətili qiymətlər qaldırılanacan davam etdirmək niyyətindədirlər Fevralın 2-də Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Anatoli Kinaxın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin yaydığı məlumata görə, nazir, GUAM-ın gələcək perspektivlərinə toxunaraq, bu qurumun beynəlxalq təşkilat statusunun əldə edilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu və təşkilat çərçivəsində narkotrafik, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş əməkdaşlığın bu prosesə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Kinax isə, Ukrayna hökumətinin bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı əsasında həllinin dəstəklədiyini söyləyib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Kinax isə, Ukrayna hökumətinin bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı əsasında həllinin dəstəklədiyini söyləyib.