Səs: Real audio
Məzahir Pənahov yenidən MSK-nın sədri oldu Ancaq neçənci dəfə?
Bakıdakı dilənçilərin sayını heç kim bilmir. Nə Dövlət Statistika Komitəsi, nə də qeyri-hökumət təşkilatları. Çünki bu qurumlar onlarla yaxından işləmirlər. Onlarla ünsiyyətdə olanlar isə polislərdir. Ancaq bu ünsiyyət nə dilənçilərin, nə də elə polislərin ürəyincədir.
Hər yeni ilin ilk ayları dilənçiləri yığmaq üçün Bakı polisi reydlər keçirir. Polisin məqsədi onların sayını azaltmaqdır. Bu işlə şəhərdəki rayon polis bölmələrinin əməkdaşları məşğul olur.
Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Telman Baxşıyev deyir ki, onların işi dilənçiləri küçələrdən yığıb qəbul – bölüşdürücü məntəqələrə göndərməkdir. Bu məntəqədə həmin adamların şəxsiyyəti müəyyənləşdirilir. Bundan sonra isə onlar öz yaşadıqları yerlərə göndərilir: «Düzdür, biz bunu edirik, həmin adamlar yaşayış yerlərinə də göndərilir, ancaq işimizin elə də effekti olmur». Polis əməkdaşı deyir ki, dilənçilərin sayı daha çox dini mərasimlər keçirilən aylarda çoxalır.
Dilənçilər isə polislərin reydlərindən qorxurlar: «Çox vaxt bizə mülki paltarda yaxınlaşırlar. Tutub zorla aparırlar, onlardan qorxuruq».
Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik idarəsindən verilən məlumata görə, dilənçilik Azərbaycanda mütəşəkkil cinayətkarlığın növü sayılmır. O ki qaldı dilənçilərin küçədən yığılıb bir neçə gündən sonra buraxılmasına, idarə rəisi Bağır Bağırov bu üsulun da təsirli olmadığını deyir: «Bu sahə üzrə normativ sənədlərdə boşluqlar var. Bu məsələlər bizim özümüzü də narahat edir. İstəyirik çıxış yolu tapaq». Ancaq Bağır Bağırov çıxış yolunun konkret nədən ibarət olduğunu demədi.
«Himayədar» qeyri-hökumət təşkilatının rəhbəri Himayət Rizvanqızı deyir ki, müəyyən vaxtlarda dilənçiləri küçədən yığıb hansısa məntəqəyə aparmaq çıxış yolu deyil. O təklif edir ki, xarici ölkələrdə olduğu kimi, sığınacaqlar açılsın: «Bir sıra ölkələrdə məsələn, kilsələrdə onlar üçün sığınacaqlar açılır, yemək verilir, saxlanılır. Bizdə də sığınacaq üsulundan istifadə etmək effektli olardı».
Bakı məscidlərinin birinin yaxınlığında sədəqə uman Güllü isə deyir ki, sığınacaq yaxşı olardı. İndiki vaxtda isə onun kiçik mənzili olduğundan, sosial qurumların onun kimilərə iş verməsini istəyir: «Beş uşağım var, onlardan ancaq biri məktəbə gedə bilir. Dilənməklə çox çətindir. Mənim kimilərin çoxu işləmək istəyir, mənim üçün də iş olsaydı, işləyərdim».
Milli Məclisin sosial siyasət komissiyasının rəhbəri Hadı Rəcəbli isə bildirir ki, hazırda hökumət saxlama yerləri və əsl ehtiyacı olanlara yardımla bağlı konkret təklif hazırlamasa da, bunun üzərində düşünülməlidir. Onun fikrincə, bunun üçün ilk növbədə imkansızlıqdan dilənənlərlə dilənçiliyə iş kimi yanaşanları bir-birindən ayırmaq lazımdır:
«Bu qrupu saxlayan müəyyən struktur ola bilər. Dünyanın bəzi ölkələrində bu işi həm xeyriyyə təşkilatları, həm də hökumət təşkil edir. Bu, Azərbaycan üçün də problemdir və bununla bağlı işləməliyik. Bir şeyi də deyim ki, biznes dilənçiliklə əsl dilənçiləri ayırmaq lazımdır. Kimlərsə zibillikdə eşələnir, ehtiyacı var, o status almalıdır. Ancaq kimsə gündə 20 nəfəri diləndirir, pul qazanır. Buna qarşı bütün mübarizə üsullarının tərəfdarıyam».
İndiliksə dilənçilərlə bağlı status və qayda olmadığından, Bakının küçələrində dilənçilər dolaşmaqda, polislər isə reydlər keçirib, bir müddət sonra yenidən onları yığdıqları küçələrə buraxmaqdadırlar.