Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22
Rubrikalar

Bazara ipoteka kağızları çıxarılır


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi - Asiya İnkişaf Bankının nəqliyyat üzrə missiyası fevralın 8-də Bakıya səfərə gəlib. Missiya Ələt-Astara magistralının yenidən qurulması istiqamətində müzakirələr aparacaq. Asiya İnkişaf Bankının Bakıdakı nümayəndəliyindən «Azadlıq» radiosuna deyiblər ki, Ələt-Astara yolunun qurulmasına 100 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub. Asiya İnkişaf Bankı ölkənin qərb yollarının təmirinə indiyə kimi 52 milyon dollar ayırıb.



- Yaxın vaxtlarda Azərbaycanın qiymətli kağızlar bazarına yeni növ qiymətli kağız – ipoteka kağızları buraxılacaq. Fevralın 8-də mətbuat konfransı keçirən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov deyib ki, komitə ipoteka kağızlarının sadələşdirilmiş dövlət qeydiyyatı qaydalarını hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Ekspertlərin fikrincə, ipoteka kağızlarından kredit götürmək istəyən sadə vətəndaşlar aktiv istifadə edə bilməyəcəklər. Amma bu kağızlar ipoteka krediti verən bankların fəaliyyətinə müsbət təsir göstərəcək və ipoteka bazarını inkişaf etdirəcək.



- Yaxın vaxtlarda Naxçıvanda da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılacaq. Artıq bu komitənin strukturu formalaşıb və əsasnaməsi təsdiqlənib.
XS
SM
MD
LG