Səs: Real audio
Avropa Komissiyasının Beynəlxalq Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Dağlıq Qarabağ münaqişəsinin həllini də Fəaliyyət Planıyla əlaqələndirir «Azərbaycan Birləşmiş Ştatlarla Tehranla bağlı heç bir məsələni müzakirə etmir, çünki İran Azərbaycana qonşu ölkədir».
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yerli mediada İranın nüvə məsələsinə qarşı mümkün hərbi tədbirlərdə Azərbaycanın iştirakıyla bağlı yazılanlara dair suala cavabında belə deyib. Fevralın 16-da «Yeni Müsavat» qəzeti yazıb ki, İrana hücum əməliyyatına hazırlıq məqsədilə Naxçıvan Muxtar Respublikasına 200 ABŞ hərbçisi gətirilib.
Avropa Komissiyasının Beynəlxalq Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner isə deyib ki, Avropa Birliyi İran məsələsinin diplomatik yolla həllinə ümid edir.
Birləşmiş Ştatlar daxil olmaqla, bəzi ölkələr İranın nüvə silahı hazırlamaq məqsədiylə uran zənginləşdirdiyini deyir, Tehran isə, bunu yalnız dinc məqsədlə etdiyini bildirir. Martın əvvəlində BMT-nin Təhlükəsizlik Şurasında Nüvə Agentliyinin rəhbəri Məhəmməd əl-Baradeyinin məsələylə bağlı məruzəsi dinləniləcək.