Səs: Real audio
Hökumət vəsait üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparır - Artıq martın 1-dən əhali ipoteka kreditlərinin alınması üçün müraciət edə bilər. Milli Bank İpoteka Fondunun hesabına kredit verəcək 15 bankın adını açıqlayıb. Həmin banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı, Azərdəmiryolbank, Azəriqazbank, Atabank, Bank of Baku, Qafqaz İnkişaf Bankı, Bank Respublika, Unibank, Kapitalbank, Bank NIKOil, Texnikabank, Turanbank, Koçbank-Azərbaycan, Xalqbank və Bank Standard.
İpoteka Fondunun hesabına kreditlər 3 ildən 15 ilədək müddətə veriləcək. Kreditin məbləği 30 min yeni manatdan artıq olmamalıdır. Kredit üzrə illik faiz dərəcəsi isə 12 faizi keçməməlidir.
İpoteka krediti almaq istəyən şəxs adıçəkilən banklara müraciət edərək ilkin qiymətləndirmədən keçməlidirlər. Bu mərhələdə həmin şəxsin təqdim etdiyi sənədlər əsasında onun ipoteka kreditini qaytarmaq qabiliyyəti, həmçinin ipoteka qoyulan əmlakın dəyəri və vəziyyəti qiymətləndirilir. Nəticədə kredit təşkilatı kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
- Dövlət Gömrük Komitəsi Azərbaycana işlənmiş maşınların gətirilməsini məhdudlaşdırmağı təklif edir. Komitənin sədri Aydın Əliyev deyir ki, son illər ölkəyə köhnə maşınların gətirilməsi xeyli artıb, hətta keçən il idxal edilən 54 min avtomobildən yarısı işlənmiş maşınlar olub.
Aydın Əliyevin bildirdiyinə görə, Dövlət Gömrük Komitəsi yeni avadanlıqlar da almağı planlaşdırır. Həmin avadanlıqlar böyük yük maşınlarının sərhəddəki gömrük məntəqələrini keçərkən saxlanmadan birbaşa yoxlanılmasını təmin edəcək.
Aydın Əliyev ölkə bazarlarında qəndin və şəkər tozunun bahalaşması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, dünya bazarlarında sözügedən məhsulun bahalaşmasıyla bağlıdır. Azərbaycan da şəkəri idxal etdiyi üçün ölkə bazarlarında qiymətlər qalxıb. Son bir neçə həftə Azərbaycan bazarlarında qəndin və şəkər tozunun qiyməti təxminən 15-20 faiz bahalaşıb.