Səs: Real audio
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə: «Bu, populist addımdır» Dağlıq Qarabağda özünü müstəqil elan etmiş rejimin rəhbəri Arkadı Qukasyan bildirib ki, münaqişəsinin həll edilməsi üçün onlar da danışıqlara tərəf kimi qoşulmalıdır. O, hesab edir ki, ATƏT-in Minsk Qrupuyla danışıq prosesi qeyri-realdır: «Qarabağın danışıqlara qoşulmasının bircə yolu var. Ermənistan Azərbaycanla danışıqlarda iştirakdan imtina etməlidir. Başqa yol yoxdur. Nə qədər ki, Ermənistan Azərbaycanla Qarabağsız danışır, Azərbaycan Qarabağla danışmaqdan imtina edəcək. Bu, çox sadədir».
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə isə, bildirir ki, münaqişənin nizamlanması üçün indiki formatdan başqasına ehtiyac yoxdur: «Bu, populist addımdır».
Cənab Tağızadə hesab edir ki, Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Azərbaycanın bütün əhalisi, o cümlədən Dağlıq Qarabağın erməni icması da iştirak etməlidir. «O zaman vəziyyət ayrı olar. Ancaq hal-hazırda format məlumdur» - deyə, o, vurğulayır.