Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:57
Rubrikalar

Dəmiryolların kənarında evlər necə tikilir?


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Dəmiryol boyunca yaşayan sakinlər deyirlər ki, onlar evlərini tikib başa vuranacan mənzil istismar idarəsindən tutmuş rayon icra hakimiyyətinə qədər bir ətək pul töküblər. İndi onların evlərini sökmək istəyənlər ya həmin pulları qaytarsınlar, ya da onları evlə təmin etsinlər



"Fialetov" dəmiryol stansiyasının iki metrliyində yaşayan Vahid Məhərrəmov deyir ki, dəmiryol ətrafındakı evlərin sökülməsi əslində onların yerində hündürmərtəbəli binaların tikintisi üçün lazımdır.



Vaxtilə hər evə görə onlardan xeyli pul alındığını deyən sakinlərin sözlərinə görə, indi bu yerləri daha baha qiymətə hansısa tikinti şirkətinə satmaq istəyirlər. Dəmiryoldan cəmi 3-4 metr aralıda yerləşən ikimərtəbəli evin sakini Əlibala Məmmədov deyir ki, evi tikəndə nə bələdiyyə, nə icra hakimiyyəti, nə də sahə polisindən xəbərsiz iş görüb. Burada ev tikmək qanunsuz idisə, onda niyə ondan pul alırdılar?



"Dəmiryolların ətrafı bütün tikintilərdən təmizlənəcək". Bunu Dövlət Dəmiryol İdarəsi mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov deyir. Qaydalara görə, bütün tikintilər dəmiryoldan ən azı 20-30 metr aralı olmalıdır deyən Nadir Əzməmmədova görə, bu, həm yolların dünya standartlarına uyğunlaşdırılmasına, həm də vətəndaşların təhlükəsizliyinə xidmət edir.



Nadir Əzməmmədov bildirir ki, onların araşdırmalarına əsasən, qanunsuz tikililərə bələdiyyə və icra hakimiyyətləri şərait yaradır.



Günahlandırılan tərəflər isə torpaq və tikinti ilə bağlı bütün qərarların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini bildirirlər.



Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hesab edir ki, rəsmi qurumların nə deməsindən asılı olmayaraq, bütün qanunsuz tikililər korrupsiya hesabına başa gəlir.



Söküləcək evlərə görə kompensasiyaya gəlincə, Nadir Əzməmmədov deyir ki, bu, Dəmiryol İdarəsinin imkanları xaricindədir. Yəqin ki, bu məsələ daha yüksək instansiyalarda həll ediləcək.



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG