Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:42

Havalar qızandan sonra «quş qripi» səngiyə bilər


Səs: Real audio
Hüseyn Arabul: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?» Azərbaycanda «quş qripi»nə şübhəli sayılan iki nəfər ölüb, ancaq diaqnoz budur ki, bunlardan biri ağ ciyər xərçəngindən ölüb, digəri sətəlcəmdən. Hazırda daha iki nəfərin analizlərinin cavabı gözlənilir. Səhiyyə naziri deyir ki, olan vəziyyət budur, qalanlar isə şayiələrdir. Bir problem isə odur ki, dəqiq diaqnoz saatlar ərzində qoyulmalıdır, yoxsa vaxtında müalicə başlanmasa, virus insan üçün ölümcüldür



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı tövsiyələrdə deyilir ki, insanlarda «quş qripi» xəstəliyinin müalicəsi zamanı ilk 36-48 saat ərzində düzgün diaqnozun qoyulması və müalicənin başlanması xəstənin sağlamlığı üçün həyati önəm daşıyır. Yəni, xəstəlik əlamətləri aşkar olunandan uzağı iki gün keçənədək dəqiq diaqnoz qoyulub müalicə aparılmasa, H5N1-ə yoluxan insanı sağaltmaq çətin olur. Dəqiq diaqnozun qoyulması üçün xəstəliyin əlamətləri və tarixçəsi önəmlidir. Ən önəmlisisə, xəstənin qan analizidir ki, bu analizdən sonra onun konkret olaraq H5N1-ə yoluxub-yoluxmadığını demək olar. Azərbaycanda belə bir analizi götürmək üçün laboratoriyanın olub-olmadığını demək çətindir.



Ötən ilin noyabr-dekabrından bölgələrdə quşların qırılmasıyla bağlı xəbərlər gələndə bir neçə ay Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri Mərkəzi Baytarlıq Laboratoriyasının analizlərinə istinad edərək deyirdi ki, Azərbaycanda «quş qripi» yoxdur. Amma yanvar ayında ÜST-ün Londondakı laboratoriyasından cavab gəldi ki, göndərilən ölü quş nümunələrində H5N1 virusu aşkarlanıb.



İndi ortaya sual çıxır ki, əgər Salyan rayonunda dünyasını dəyişən iki nəfərin «quş qripi»ndən deyil, başqa xəstəlikdən öldüyü deyilirsə, onda nəyə görə analizlər Londona göndərilir? Yox əgər, Londona dəqiqləşdirmək üçün göndərilirsə, onda nəyə əsasən demək olar ki, filan xəstə məhz virusa yoluxmayıb. Bu suala cavab tapmaq üçün Səhiyyə Nazirliyinə müraciət etsək də, oradan cavab verə bilməyəcəklərini dedilər.



Yoluxucu Xəstəliklər Xəstəxanasının baş hakimi Məhəbbət İbrahimova da deyir ki, bura «quş qripi» ehtimalıyla gətirilən xəstələrin qan analizini aparırlar, amma H5N1-i tapmaq üçün yox, bu virusun əlamətlərini aşkarlamaq üçün.



Amma burda bi məsələ də qaranlıq qalır. ÜST-ün tövsiyələrində deyilir ki, bu virus mutasiya oluna, yəni formasını dəyişə bildiyindən onun əlamətləri də fərqli ola bilər. Ona görə də, yüz faiz diaqnoz üçün dəqiq analizlər aparılmalıdır. Amma bu dəqiq analizlər üçün ən azı üç günə yaxın vaxt gedir. Analizin cavabı Londondan gələnə qədər artıq xəstənin vəziyyəti ağırlaşa da bilər. Çünki xəstəliyin müalicəsində istifadə olunan indiki dərmanlar ancaq virusa yoluxandan sonrakı ilk 48 saat ərzində istifadə olunanda fayda verir. İndi bütün dünyada «quş qripi» epidemiyasını önləməmk üçün ölkələr tamiflü və relenza adlı həmin dərmanları toplayırlar. Amma BMT və ÜST-ün hesablamalarına görə, heç ilin axırına qədər də, Böyük Britaniya istisna olmaqla başqa ölkələr əhalinin 30 faizinə çatacaq qədər də dərman əldə edə bilməyəcək.



Müqayisə üçün deyək ki, Türkiyə kimi «quş qripi» risqi yüksək olan bir ölkədə cəmi milyon yarım adama çata biləcək qədər dərman ehtiyatı yaratmaq mümkün olacaq. Azərbaycanda vəziyyət necədir, nə qədər ehtiyat var, nə qədər sifariş olunub. Dəqiq cavabı yenə də bayaq dediyimiz səbəbdən Səhiyyə Nazirliyindən ala bilmədik. Amma aptekləri gəzərkən məlum oldu ki, həmin dərmanı bir qutusu 50 dollara tapmaq olar.



Xəstəliyin təbii yolla səngiyə biləcəyi barədə də konkret bir məlumat vermək çətindir. Dövlət Baytarlıq Xidmətinin rəhbəri – «Quş qr
XS
SM
MD
LG