Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:17

Bakıda avtomobil sərgisi açılıb


Səs: Real audio
O, mühafizəçisi Elmar Rüstəmovun üç il müddətinə azadlıqdan məhrum edilməsini «qisas zəncirinin növbəti həlqəsi» hesab edir Martın 15-də İdman və Sərgi Kompleksində 3-cü «Avtoşou-2006» sərgisi açılıb. 3 gün sürəcək sərgidə minik avtomobillərindən tutmuş elektrik lampalarına qədər avtomobillə bağlılığı olanları maraqlandıracaq çox şey vardır



Sərgi təşkilatçılarının sözlərinə görə, avtoşouda 18 ölkədən 70-dək şirkət iştirak edir. Amma xarici avtomobil istehsalçılarından cəmi üçü təmsil olunub – "Mercedes", "BMV" və "General Motors".



Markaların azlığı üzündən sərgiyə cibinə uyğun avtomobillərə baxmaq üçün gələnlər elə də çox deyildi. Bəziləri isə avtomobillərin bahalığından və qiymətlərin şişirdilməsindən gileylənirdilər.



Maşınların qiymətlərinin Avropa bazarına görə baha olması fikriylə "Mercedes Benz"in Azərbaycandakı baş distribütoru – "Autostar-Kaukasus" firmasının direktoru Yoaxim Trenkle də razılaşır. Onun sözlərinə görə, yeni maşın üçün gömrük rüsumu və başqa vergilərin məbləğində problem yoxdur. Sadəcə, istehsalçı ölkədən Azərbaycana olan məsafə çoxaldıqca, maşının qiyməti də artır.



"General Motors" şirkətinin "Chevrolet" və "Cadillac" avtomobillərinin satışıyla məşğul olan "Perfomance Center"in direktoru İlham Əhmədov isə deyir ki, Azərbaycan bazarına hər hansı maşın gətirərkən onun qiymətini sıravi vətəndaşların ciblərinə uyğunlaşdırmağa çalışırlar. Ancaq alıcılıq qabiliyyətinin elə də güclü olmaması üzündən bütün müştəriləri razı sala bilmirlər: "Bugünkü gündə bizim müştərilərin ilk növbədə iki sualı var: avtomobillərin kondisioner var, ya yox və modellər kreditə verilir, ya yox? Kredit şərtlərini təklif edəndə, müştərilər kredit faizlərindən narazı qalırlar".



Qeyri-rəsmi rəqəmlərə görə, hər il Azərbaycana 5 minədək təzə avtomobil gətirilir, Bunun da böyük hissəsi – 60-70 faizə qədəri Rusiya istehsalı olan maşınlardır. Səbəbsə çox sadədir: Rusiya avtomobillərinin orta qiyməti modelindən asılı olaraq 5-10 min dollar arasında olur. Avropa, Asiya və Amerika istehsalı olan təzə avtomobillərin qiyməti isə 8-9 min dollardan başlayır. Bu zaman daha rahat və müasir maşın almaq istəyən, amma pulu az olanlar işlənmiş avtomobillərə üstünlük verirlər. Bu üzdən hər il Azərbaycana gətirilən avtomobillərin az qala 80 faizi işlənmiş maşınlar olur.



Azərbaycanın gömrük orqanları 1998-ci ilədək istehsal olunan maşınların gətirilməsinə müəyyən məhdudiyyətlər qoyulacağını bildirirlər. Təklif Avtomobil Dillerləri Assosiasiyasından gəlsə də, qurumun rəhbəri Natiq Fərzəliyev deyir ki, insanları istədiyi maşını almaq imkanından məhrum etməmək üçün hökumət paralel olaraq başqa addımlar da atmalıdır: "Köhnə avtomobilləri buraxmadıq, ekologiyamız düzəldi, yollarda təhlükəsizlik də artdı, çox gözəl. Amma bu o demək deyil ki, kifayət qədər pulu olmayan adam avtomobilsiz qalmalıdır. Xeyr. Proqram lazımdır ki, avtomobili aşağı faizlə heç olmasa 5 illik kreditə almaq mümkün olsun".



Bu gün Azərbaycandakı müxtəlif banklar avtomobil almaq üçün 19-26 faiz arasında ən uzağı 18 aylıq kredit verir. Müqayisə üçün Rusiyada kredit müddəti 3 ildən başlayır, faizlər isə 4-8 faiz arasında dəyişir.
XS
SM
MD
LG