Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:52

<i>«Ayna»</i>: «Küçə uşaqlarının sayında azalma müşahidə olunmaqdadır»


Səs: Real audio
İranın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov «Yeni Azərbaycan» qəzetinə müsahibəsində Nazirlər Kabinetinin bu həftə Milli Məclis qarşısında verdiyi hesabatda bəzi məqamların nəzərə alınmamasından narazı qaldığını bildirir. Deyir ki, 2004-cü ildə parlamentdə qaldırılmış mühüm əhəmiyyət daşıyan məsələlər 2005-ci ilin hesabat sənədində öz əksini tapmayıb. Görülən işlərin spesifik istiqamətləri, görüləcək işlər barədə məlumatlar verilməli olduğu halda, sənəddə bu sahələrə diqqət yetirilməyib. Millət vəkilinin fikrincə, ötən ilin ümumi iqtisadi təhlili müsbət qiymətləndirilə bilər. Ümumi Daxili Məhsulun 26 faiz artması, investisiyaların çoxalması, iş yerlərinin açılması, büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artımı dinamik inkişafın göstəriciləri kimi ötən ilin mənzərəsini əks etdirir.



Küçə uşaqlarının sayında nisbətən azalma müşahidə olunmaqdadır. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva «Ayna» qəzetinə müsahibəsində bu yaxınlarda apardıqları araşdırmaların nəticələrinə əsasən belə deyib. Lakin Kəmalə Ağayevanın sözlərinə görə, bu proses həddindən artıq ləng gedir. Burada sosial-iqtisadi amillərlə yanaşı, cəmiyyətin biganəliyi də önəmli rol oynayır. Kəmalə Ağayeva qeyd edir ki, əvvəlki illərlə müqayisədə uşaq əməyinin istismarı sahəsində də dəyişikliklər müşahidə edilməkdədir. Birliyin araşdırmaları göstərir ki, iaşə obyektlərində çalışan uşaqların sayı azalan xətt üzrə gedir. Ən böyük problem isə küçə uşaqlarının insan alverinə cəlb edilməsindədir. Uşaqlar özləri də bilmədən insan alverinin qurbanı olmağa imza atırlar. Belə ki, birliyin küçə uşaqlarına ünvanladığı «Kimsə sizə başqa ölkəyə getmək təklif etsə, onu qəbul edərsinizmi» sualına rəyi soruşulan 500 uşağın təxminən 40 faizi müsbət cavab verib.



«Gün Səhər» qəzetindəki «Nəzir qutusu» başlıqlı məqalədə bildirilir ki, ürəyində arzu, niyyət tutub müqəddəs ocaqlara nəzir verən inanclı insanların əksəriyyəti bununla savab qazanmaq istəyir. Bu məqsədlə pirə, ziyarətgaha gedib, nəzirlərini xüsusi qutuya atırlar. Ancaq məsələnin başqa tərəfi var: həmin nəzirlərin aqibəti necə olur? Doğrudanmı savab işlərə sərf olunur? Bu prosesin şəffaflığına kim nəzarət edir? Müəllif bu suallarla Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. İdarənin Təftiş Komitəsinin nümayəndəsi Hacı Əhliman Bağırov ziyarətgahlarda toplanan ianələrlə bağlı heç bir fəaliyyət göstərmədiklərini deyib. Onun sözlərinə görə, ziyarətgahlar dövlət qeydiyyatından keçirilir və toplanan ianələrin paylanması orada yaradılan komissiyanın üzvləri tərəfindən həyata keçirilir.
XS
SM
MD
LG