Ünvanlı sosial yardım üçün 10 gündə 16 min nəfər müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım bölməsinin müdüri Vəfa Mütəllimova «Azadlıq» radiosuna deyib ki, müraciət edənlərdən 3 min nəfərin ərizəsi qəbul olunub, qalanların ərizələrinə isə hələ baxılır. Yardımı Bakının Yasamal rayonunda və Sumqayıtda yaşayanlar daha çox istəyiblər.
Ünvanlı sosial yardım almaq üçün şəhərlərdə sənəd qəbuluna aprelin 15-də start verilib. Rayonlarda və kəndlərdə yaşayanların sənədləri isə mayın 1-dən qəbul olunacaq.
Bu il Azərbaycanda 1 milyon 200 min nəfər ünvanlı sosial yardım ala biləcək.
Ünvanlı sosial yardımlar iyulun 1-dən veriləcək. Bu yardım aztəminatlı vətəndaşların gəlirlərini minimum ehtiyac həddinə - 30 min manata çatdırmaq üçün verilir.