Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:10

Nəqliyyat Nazirliyi gediş haqlarının artırılmasının araşdırılması üçün Respublika Prokurorluğuna müraciət edib


«Şəhərdaxili nəqliyyatda qiymətlər qanunsuz qaldırılıb və buna görə məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti daşıyır». Nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərlə söhbətində belə deyib. O, bildirib ki, indi sürücülərdən həm də qanunsuz rüsumlar yığılır, məsələn, dispeçer rüsumu, bu isə prezidentin sərəncamı ilə qadağan olunub: «Biz həm qiymətlərin bahalaşması, həm də rüsumlarla bağlı şəhər meriyasına və Respublika Prokurorluğuna müraciət etmişik».


Dizel yanacağı ilin əvvəlində iki dəfə bahalaşdığına görə, Bakıdakı bəzi avtobuslar gediş haqqını 500 manatdan 1000 manata qaldırıblar. Bu qiymətlər əslində, Tarif Şurasının qərarı ilə dəyişdirilə bilər. Tarif Şurası isə belə bir qərar verməyib.


XS
SM
MD
LG