Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:16

Üç ölkə qadınlarının BTC-yə dəstək yürüşü başlayıb


Azərbaycan, Türkiyə və Gürcüstandan olan bir qrup qadın Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinə dəstək askiyasına başlayıb. «BTC sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qarantıdır» deviziylə və kəmərin marşrutu üzrə keçirilən yürüşü hər üç ölkədə hökumətlər dəstəkləyir. Mayın 1-də Gəncədə yerli sakinlərlə yürüş iştirakçıları bu neft kəmərinin hər üç ölkənin siyasi təhlükəsizliyinə zəmanət olduğunu vurğuladılar.


Azərbaycan yürüşçülərinə rəhbərlik edən Milli Məclisin üzvü Məlahət Həsənova: «Hər üç ölkənin problemləri var, hərbi münaqişələrlə üzləşib. Bizim məqsədimiz isə bu kəmərin bu ölkələrə sülh gətirəcəyini, təhlükəsizliyi təmin edəcəyini çatdırmaqdır».


Aksiya iştirakçılarının dediklərinə görə, Şəmkirdə, Tovuzda, Ağstafa və Qazaxda da yerli ictimaiyyətlə görüşəcəklər. Mayın 2-də isə onları Qazax rayonunun Gürcüstanla sərhəddində - Qırmızı körpüdə gürcü həmkarları qarşılayacaq. Aksiyaçılar Gürcüstanın spikeri Nino Bürcanadze və bu ölkənin deputatları ilə görüşəcəklər. Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası isə aksiyaya qoşulan gürcü qadınlara rəhbərlik edəcək.


Türkiyə ilə sərhəddə aksiyanın heyəti bu ölkənin xanım liderlərinin sayəsində genişlənəcək. Yürüşçülər kəmərin Türkiyə boyunca keçdiyi ərazidə yerli ictimaiyyətlə görüşəcəklər. Adana şəhərində başa çatacaq aksiyaya Baş nazir Rəcəb Tayyib Ərdoğanın da qoşulacağı gözlənir.


Yürüş xüsusi ayrılmış avtobusla həyata keçirilir. Aksiyada Azərbaycan tərəfdən on beşə yaxın qadın iştirak edir. Onların sırasında deputatlar Məlahət Həsənova, Qənirə Paşayeva, Həvva Məmmədova, o cümlədən QHT təmsilçiləri var.


XS
SM
MD
LG