Əfqanıstanın cənubunda atışma nəticəsində beynəlxalq qüvvələr və əfqan ordusu 11 üsyançını öldürüb. Məlumatı ABŞ hərbçiləri veriblər. Məlumatda deyilir ki, atışma martın 26-da gecə saatlarında Hilmend əyalətində olub. Bir üsyançının tutulduğu deyilir. Dinc sakinlər arasında ölümün olması ilə bağlı hər hansı məlumat yoxdur.