«Yeni Müsavat»: «Ramiz Mehdiyev «İzvestiya» qəzetinə müsahibəsində incə bir üsulla Azərbaycanı Əfqanıstan və İraqla müqayisə edib. Onun sözlərinə görə, demokratiyanı xaricdən zorla qəbul etdirəndə ölkələr Əfqanıstanın və İraqın gününə düşür. Guya adıçəkilən bu ölkələrdə vəziyyət əvvəlcə daha yaxşı olub?!»-, Şahvələd Çobanoğlu «Əfqanıstan söhbəti» sərlövhəli köşə məqaləsində belə yazır.
«Tanış və aydın intonasiyadır - cənab Mehdiyev Azərbaycanda demokratiyanın yoxluğu üçün növbəti bəhanəni səsləndirir. Həm də bu fikir yalnız bəhanə axtarışı deyil, demokratiya tələbi ilə çıxış edən yerli və beynəlxalq ictimaiyyətə verilən rədd cavabıdır. Eyni zamanda bu, İraqa və Əfqanıstana müdaxilənin önündə gedən ABŞ-ın bostanına daş atmaqdır.
Təəccüb yaradan başqa bir məsələ də var. Bir tərəfdən, ABŞ-la birlikdə İraqa və Əfqanıstana müdaxilədə iştirak edirik, hətta hərbi güclərimiz bu ölkələrə qədəm qoyur, digər tərəfdən isə həmin müdaxiləni ziyanlı sayırıq. Ramiz Mehdiyev hər iki ölkəyə müdaxilə ilə bağlı yaranan koalisiyada Azərbaycanın iştirakına nədənsə izah vermir. Bəs Azərbaycan ziyanlı bir işə niyə qərar verib?»
Müəllif daha sonra yazır: «Azərbaycan İraq və Əfqanıstana qətiyyən bənzəmir, onları qətiyyən müqayisə etmək olmaz. Lakin bizdə də demokratiya açıq müqavimətlə üzləşib. Polis rejiminə dayaqlanan bir hakimiyyət ən müxtəlif üsullarla demokratiyanı qurmaq istəyənləri geri oturdur və sonra buna fəlsəfi-siyasi don geyindirərək tarixi reallıq adı verirlər».
«Azadlıq»: Vəfa Quluzadə: «Hesab etmirəm ki, Obamanın səfərindən dərhal sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq. Çünki sərhədlərin açılması üçün iki ölkə arasında uzun müddətli danışıqlar aparılmalıdır. Sərhədlərin nə cür, hansı şərtlərlə açılacağına aydınlıq gətirməlidir».
V.Quluzadə bildirib ki, hazırda Vaşinqtonun qarşısında duran prioriterlər Əfqanıstan, İraq, Suriya və İrandır. Əsas danışıqlar da bu barədə gedəcək: «Türkiyədə Ermənistan məsələsi müzakirə olunmaya da bilər. Məsələn, Ərdoğan Ermənistan məsələsi barədə danışmaqdan boyun qaçıra bilər. Obama da bununla razılaşar. Bu gün Ermənistan Amerika üçün nə problem, nə də prioritetdir».
«Yeni Azərbaycan»: «Bu ilin dövlət büdcəsində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT) maliyyə vəsaitinin ayrılması məsələsi artıq öz həllini tapıb. Artıq Milli QHT Şurası da müsabiqə elan edib və layihələr təqdim olunub. Şurasının ekspertləri təqdim olunan həmin layihələri nəzərdən keçirəcək qiymətləndiriblər».
Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev belə deyir:
«Milli QHT Şurasına 2 milyon 750 min manat məbləğində vəsait ayrılıb. Təbii ki, bu vəsaitin müəyyən hissəsi Milli QHT Şurasının idarəetmə xərclərinə ayrılacaq. Düşünürəm ki, bu məsələ də aprel ayı ərzində öz həllini tapacaq. Şura tərəfindən layihələr elan olunduqdan sonra kimin nə qədər vəsait alacağı məlum olacaq».
«Üç nöqtə»: «Neftin bir barelinin yaxın zamanlarda 60 dollaradək bahalaşacağı son proqnoz kimi nəzərdə tutulub. Beynəlxalq ekspertlər hesab edir ki, fond bazarlarındakı vəziyyət investorlar arasında nikbinliyin yarandığını deməyə əsas verib. Bundan başqa, həftə ərzində ABŞ-da yanacağa tələbatın artması, habelə OPEC-in neft hasilatını azaltmaq niyyəti barədə məlumatlar və bu kimi amillər neftin qiymətinin yaxın perspektivdə artacağını gücləndirir».
İqtisadçı ekspert Sabit Bağırov qəzetə müsahibəsində belə deyib.