Şimali Koreya orbitə Yerin süni peykini çıxaracaq raketi yanacaqla doldurmağa başlayıb. Bu barədə CNN amerikan məmurlarına istinadən məlumat yayıb. Bundan öncə Şimali Koreya elan etmişdi ki, aprelin 4-8 arasında orbitə peykini göndərməyi planlaşdırır.
Amerika, Yaponiya və Cənubi Koreya hesab edirlər ki, sözügedən raket çox güclü kontinentlərarası ballistik raketdir. ABŞ Dövlət Katibi Hillari Klinton elan edib ki, Şimali Koreya bu raketlə bağlı fəaliyyətini davam etdirərsə, Amerika bu məsələni BMT-nin Təhlükəsizlik Şurasında qaldıracaq.