Səhiyyə nazirinin müavini Sənan Kərimovun sözlərinə görə, nazirlik çörəkbişirmə sexlərində yoxlama aparmağa hazırlaşır. Məqsəd həmin sexlərdə tərkibində yod olmayan duzlardan istifadə olunub-olunmamasını araşdırmaqdır:
«Bu işdə yalnız Səhiyyə Nazirliyi deyil, İqtisadi İnkişaf Nazirliyi də iştirak etməlidir. Çünki çörəkbişirmə sexləri özəldir. Ona görə də bu yoxlamaları aparmaq məqsədilə birgə qrup yaratmaq istəyirik və artıq İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparılır».
Yod çatışmazlığı əsəb və endokrin sistemi, mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. YUNİSEF-in ötən il yerli tərəfdaşı ilə apardığı monitorinqin nəticələrinə görə, bazarda yodlaşdırılmamış duzun həcmi 16 faizdir. Bu məqsədlə ölkədə yodlaşdırma proqramı həyata keçirilir. Bundan başqa, Azərbaycanda yodlaşdırma ilə bağlı qanun da qəbul olunub.