Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:58

Azərbaycanlıların biznes üçün Çinə axını güclənib


Böyük Çin Səddi
Böyük Çin Səddi

Budəfəki "Qlobus"un birinci süjeti Çindəndir. Samir Məmmədov səkkiz il əvvəl Çinə oxumağa gəlib, beynəlxalq münasibətlər fakültəsində təhsil alıb, indi də həmin ölkədə magistraturada təhsilini davam etdirir. Deyir ki, son iki-üç ildə azərbaycanlıların biznes üçün Çinə axını güclənib. Azərbaycanlılar Çində eyni zamanda şirkətlər, fabriklər yaradır. Samir Məmmədov deyir ki, Çinə gələn azərbaycanlıların sayı çoxalsa da, indiyədək hər hansı Azərbaycan təşkilatını yaratmaq mümkün olmayıb, bu da Çin qanunlarının özəllikləri ilə bağlıdır.


Növbəti qonağımız Amerikadan Cavid Novruzovdur. Cavid Novruzov Bakıda orta məktəbi bitirib, sonra Daşkənddə ali təhsil alıb, 1993-cü ildə isə Amerikaya təhsilini davam etdirməyə gedib, o vaxtdan da Birləşmiş Ştatlarda qalıb, hazırda Çikaqoda yaşayır, qeyri-hökumət təşkilatında maliyyə sahəsində çalışır. 2003- cü ildə dostları ilə "Foreign accent" adlı müsuqi qupu yaradıb, son vaxtlar müəyyən səbəblərə görə bu qrup fəaliyyətini dayandırıb, amma Cavid Novruzov nə vaxtsa yenidən musiqiylə məşğul olacağını istisna eləmir. Qonağım Azərbaycan dilində danışmaqda çətinlik çəkdiyi ücün suallarıma rus dilində cavab verib.


Budəfəki "Qlobus"un axırıncı qonağı Britaniyadan Edinburq Universitetinin professoru, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının vitse-prezidenti Qulamrza Səbri Təbrizidir. Qulamrza Təbrizi Təbrizdə anadan olub, 1959-cu ildə Britaniyaya gəlib. Uzun müddət Edinburq Universitetində dərs deyib. Hazırda həm Britaniyada, həm də Azərbaycanda yaşayır, Bakı Dövlət Universitetində mülahizələr oxuyur.


DİNLƏYİN !


XS
SM
MD
LG