Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:02

Azərbaycanda 1500-dək vətəndaşlığı olmayan şəxs yaşayır


Ramil Usubov İran və Gürcüstandan Azərbaycana gələnlərin sayının artdığını təsdiqləyib


Son bir ildə Azərbaycana gələn xarici vətəndaşların sayı artıb. 2002-ci illə müqayisədə 2005-ci ildə bu rəqəm 5.4 faiz olub - yəni, 1 milyon 260 mindən çox xarici vətəndaş Azərbaycana gəlib. Onlardan turist kimi, iş üçün gələnlər, daimi əmlak alıb məskunlaşanlar da var. Bu proseslərə nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti yaradılıb. Bu barədə jurnalistlərə Daxili İşlər naziri Ramil Usubov həmin xidmətin yeni binasının açılışında deyib.


Miqrasiya Xidmətinin əsas fəaliyyətinə qanunsuz miqrasiyaların qarşısının alınması, onun profilaktikası, miqrantların qeydiyyatının aparılması, immiqrasiyayla bağlı sənədlərin hazırlanması, Azərbaycanda qanunsuz yaşayan şəxslərin ölkədən çıxarılması daxildir.


Cənab Usubovun sözlərinə görə, Azərbaycana daha çox İrandan, Türkiyədən, MDB ölkələrindən və Avropadan miqrantlar gəlir. Hazırda Azərbaycanda 4.000-dək əcnəbi var, 1500-dək vətəndaşlığı olmayan şəxs yaşayır. İldə 150-180 adam Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edir.


Ramil Usubova görə, İrandan Azərbaycana gələn miqrantların sayında xüsusi bir artım yoxdur. Ötən il 200.000-dək İran vətəndaşı Azərbaycanda, təxminən o qədər Azərbaycan vətəndaşı da İranda olub, ancaq onlar vaxtında geri qayıdıb.


Daxili İşlər naziri Gürcüstanda yaşayan on minlərlə azərbaycanlının da Azərbaycana gəlib burada yaşamasını ölkədəki iqtisadi vəziyyətin yaxşı olmasıyla izah edib. «Digər tərəfdən, burda neqativ hallar da var - azərbaycanlıların illərlə, əsrlərlə yaşadıqları torpaqların boşaldılması prosesi gedir» - deyə, nazir vurğulayıb.


XS
SM
MD
LG