60 yaşı tamam olan «Arşın mal alan» filminin azərbaycandilli versiyası bərpa edildi – 20 il öncə Azərbaycan neqativinin korlanması üzə çıxandan sonra tamaşaçılar bu filmin yalnız rus versiyasına baxır və sual edirdilər: «Arşın mal alan»a öz dilimizdə baxa biləcəyik, ya yox? 60 illik yubiley, axır ki, həmin sualı cavablamağa imkan verdi – filmin Moskvada saxlanan rus neqativinə (korlanmamış təsvirə), korlanmış Azərbaycan variantının səsi əlavə edilməklə filmin Azərbaycandilli nüsxəsi bərpa olundu.
Bakıda Muzeylər Mərkəzində rəssam, heykəltəraş və fotoqrafların sərgisi açılıb- Sənətin bir neçə qolunu birləşdirən bənzər sərgilər az-az olduğundan Muzeylər Mərkəzinə seyrçi axını kəsilmir. Ən müxtəlif baxış bucaqları, mövzular, üslub və rənglər bütövlükdə təzad uyarlığı yaradıb. İlk dəfə olaraq bəzi əsərlərin, özəlliklə fotoların satışı da mümkündür.
Ünlü yapon sənətçisi Yo Yo Ma Azərbaycan muğamını ifa edəcək – Yaxın və Orta Asiya musiqiçilərini birləşdirən «İpək yolu» layihəsinin rəhbəri, BMT-nin xoş məramlı səfiri Yo Yo Ma, Azərbaycan bəstəçisi Firəngiz Əlizadəyə «Ulu İpək Yolu» baletinin musiqisini yazmağı sifariş verib. Nəticədə Nəsiminin qəzəllərinə yazılan və «Dərviş» adlandırılan kompozisiya Yo Yo Manın repertuarına daxil edilib.