Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Gündə 60 qəpiyə saat kimi işləyən ictimai nəqliyyat


Praqa metrosu, 2004-cü il
Praqa metrosu, 2004-cü il
Praqa metrosunda «prestupni stanice» elanını tez-tez eşitmək olar. Praqa metrosunda 3 «prestupni stanice» - yəni stansiya var. Amma «prestupni stanica»- sözünün cinayətkar stansiya sözüylə heç bir bağlılığı yoxdur. «Prestupni stanice» bizim dilimizə tərcümədə keçid stansiyasıdır.

Dediyimiz kimi, burda 3 keçid stansiyası var. Keçid stansiyaları Praqa metrosunun bir xəttindən o birinə keçid imkanı verir. Burda A, B, C xətləri var. Hər xətt şəhərin bir hissəsindən başlayıb- digər ucuna gedir. Bu xətlər şəhərin mərkəzində kəsişir.

Praqa və Bakının ictimai nəqliyyatının fərqləri

İt iyi…


Praqa metrosuyla Bakı metrosunun, ümumiyyətlə ictimai nəqliyyatının bir neçə fərqi var. Nabələd adamın hiss edəcəyi ilk fərq iti iyi olar bilər. Yox, burda ictimai nəqliyyat heç də Bakıdakından çirkli deyil. Sadəcə çexlərə onlar üçün az qala bala qədər əziz olan itlərini də metroya, tramvaya mindirməyə icazə verirlər.

Praqa metrosu keçmişdə
Amma bir şərtlə. Əgər it xüsusi çantada və ya qəfəsdə deyilsə, bu zaman itə də elə adam qiymətində bilet almaq lazım gələcək.

Velosiped və uşaq arabası

Çexiya ictimai nəqliyyatında velosiped də görmək olar. Məsələn, metroda qatarın adətən sonuncu vaqonları bir qədər geniş olur ki, uşaq arabası və ya velosipedi olanlar bura minsinlər. Velosiped və ya uşaq arabasını ictimai nəqliyyatda daşımaq pulsuzdur.

Əlilləri də nəzərə alıblar

Çexiya ictimai nəqliyyatında əlil arasına möhtac olanları da nəzərə alıblar. Metroda demək olar ki, hər 2-3 stansiyadan birində əlil arabasının enə biləcəyi xüsusi lift var. Marşruta çıxan hər iki avtobusdan birində də əlil arabasının rahat qalxa biləcəyi qapılar.
Praqa metrosunun sxemi
Şəhərdəki yeni tramvaylara da əlil arabasıyla minib-düşmək rahatdır.

Praqada ictimai nəqliyyat saat kimi işləyir

Praqada ictimai nəqliyyatın başqa bir özəlliyi isə hərəkət cədvəlidir. Praqa ictimai nəqliyyatı, xüsusən də metro və tramvay haqda bunu lap əminliklə demək olar, saat kimi işləyir.

Hər bir tramvay, avtobus dayanacağı və ya metro stansiyasında hərəkət cədvəli vurulub. İctimai Nəqliyyat Departamentinin internet saytında da bu cədvəllər rahat tapıla bilən yerdə yerləşdirilib. Üstəlik, metro stansiyalarında İctimai Nəqliyyat Departamentinin saytına qoşulan xüsusi kompyuterlər quraşdırılıb ki, sərnişinlər istifadə edə bilsin.

Hara gedim, nəylə gedim, neçədə gedim?

Həmin cədvəllərdə əla bir imkan da var. Məsələn, cədvəldə yazırsan hardasan,
Praqada müasir tramvaylar
hara getmək istəyirsən və nə vaxt getmək istəyirsən. Dərhal bu tipdə informasiya çıxır: məsələn, saat 14.15 də «Əhmədli» stansiyasından metroya minirsən, «Nərimanov»da çıxırsan, 14.30-da 20 nömrəli tramvaya minirsən və filan dayanacaqda düşürsən.

Yolda avtomobillər tramvayı gecikdirməsin deyə…

Praqa tramvaylarının vaxtı-vaxtında gəlməsinin ən önəmli səbəbi tramvay yollarıyla avtomobil hərəkətinin məhdudlaşdırılmasıdır. Bəzi yerlərdə yolun genişliyi imkan verməyəndə tramvay relslərinin üzəriylə maşın sürməyə icazə verilsə də, tramvay gələndə çəkilib yol vermək məcburidir. Əks halda külli miqdarda cərimələr ödəməyə məcbur olacaqsan.

İctimai nəqliyyat maşından səfəlidir

Praqada ictimai nəqliyyatın gözəl özəlliyi – saat kimi işləməsi üzündən maşını olanlar da,
Tramvayların hərəkət cədvəli
işə gedib gəlmək-üçün ictimai nəqliyyatdan istifadə edirlər. Ya da uzaqdan gəlirlərsə, maşınlarını hansısa metronun yanındakı ucuz dayanacaqda saxlayıb, sonra metroya və ya tramvaya minirlər.

Belədə həm də maşını şəhərin mərkəzində harda saxlamaq və buna görə xərc çəkməkdən də canları qurtarır. Çünki maşını hardasa saxlamaq da yetərincə böyük pul edir. Mərkəzdə saatı 1 dollara qədər çatır.

İctimai nəqliyyatın qiyməti Bakıdan da ucuzdur

İctimai nəqliyyatdan istifadə ilk baxışdan baha görünsə də, çox sərfəlidir.

Baha olan birdəfəlik biletlərdir. Belə biletlər turistlər üçün nəzərdə tutulub. Qiyməti isə yetərincə bahadır. Məsələn, 20 dəqiqə nəqliyyatda olmağa görə 1 manat ödəyə bilərsən.

Praqa tramvayları qədimdə
Amma daimi sakinlər üçün nəqliyyat çox ucuz olur. Birincisi, burda eyni biletlə həm tramvay, həm metro, həm də avtobusa minə bilərsən. Praqada yaşayanlar adətən illik və ya 3 aylıq müddəti olan biletlər alırlar.

Gündə 60 Azərbaycan qəpiyinə Praqadakı bütün tamvaylar, metrolar, avtobuslar…

1 illik biletin dəyəri 4750 çex kronudur – 175 AZN. 3 aylig biletsə 54 AZN-ə başa gəlir. Yəni günlərin sayına böləndə təxminən bizim pulnan günə 60 qəpiyə ictimai nəqliyyatdan ürəyin istədiyin qədər istifadə edə bilərsən.

Üstəlik, 6 yaşına qədər uşaqlar və 70 yaşından yuxarı vətəndaşlar üçün nəqliyyat pulsuzdur.

Çexiyada indi də tarixi tramvaylara rast gəlmək olur
6-15 yaş arası uşaqlar üçün isə biletlərin qimyəti 4, tələbələr və 18-yaşa qədər yeniyetmələr üçün 2, 60-70 yaş arası qocalar üçün isə 2.5 dəfə normadan ucuz olan biletlər satılır.

Bilet almaq hər kəsin vicdanından asılıdır, amma…

Bir maraqlı məqam da odur ki, Praqada nəqliyyata minəndə biletləri kimsə yoxlamır. Hər şey vətəndaşın vicdanına buraxılıb. Amma ara-sıra bəzi stansiyalarda və ya tramvaylarda xüsusi nəzarətçilərlə rastlaşa bilərsiz. Bax o zaman billet almayanlar çox peşman olur.
Praqada ilk avtobuslar
Çünki biletsiz tutulanda bunun cəriməsi ən aşağı halda 20-30 manatdan başayır. Növbəti dəfələr isə ikiqat artır.

1825-ci ildən çalışan sistem

Bu qədər özəlliyi olan Çexiya ictimai nəqliyyatının tarixi 1825-ci ilə gedib çıxır. 1875-ci ildən isə ictimai nəqliyyat doğrudan da ictimailəşib- kütləvi xarakter alıb. İlk elektrik tramvayları 1891-ci ildən xətlərə buraxılıb.

Praqa metrosu isə 1974-cü ildən fəaliyyət göstərir. İndi 3 xəttdə 55 stansiyası var, gələcəkdə isə stansiyaların sayını 150-ni keçməsi nəzərdə tutulub. Praqanın Bakıdan kiçik şəhər olmasını nəzərə alanda belə də demək olar: «Hər məhəlləyə bir metro stansiyası…»
XS
SM
MD
LG