Dövlət Gömrük Komitəsi (DGK) avtomobilləri dayandırmadan yoxlaya bilən avadanlıqlar almaq istəyir. Komitənin sədri Aydın Əliyev jurnalistlərə deyib ki, artıq bir gömrük terminalında belə avadanlıq quraşdırılıb: «Hökumətə müraciət etmişik ki, DGK-nın büdcədənkənar fondunu artırsın. Belə olan təqdirdə, üç anoloji qurğu almağı planlaşdırırıq». Cənab Əliyev deyib ki, indi Komitə Samur Gömrük Postunun yaxınlığında Cənubi Qafqazda ən böyük gömrük terminalı tikir.