Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:33

Məhkəmə zalında silah işlədilib, ölən və yaralanan var


Almaniya polisi xəbər verir ki, aprelin 7-də Bavariya vilayətinin Landshut qəsəbəsinin məhkəmə zalında silahlı şəxs atəş acıb.

Almaniya mediasının verdiyi xəbərlərə əsasən hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə ölənlər arasında atəş açan şəxsin özü də var. Lakin Almaniya polisi həmin şəxsin ölməyini hələ rəsmi olaraq təsdiq etməyib.

Atəş açan şəxsin 60 yaşlarında olduğu bildirilir. Mülk varisliyi ilə bağlı keçirilən məhkəmə iclasının gedişində gözlənilmədən ayağa qalxan bu adam odlu silahdan ətrafa nizamsız atəş acıb. AP verdiyi məlumata əsasən, ölənlərdən biri silahlı adamın qohumu olan bir qadındır.

Məhkəmənin təmsilçisi cinayətkarın hərəkətlərinin səbəbini izah etməyib. Məhkəmə zalına silahın necə keçirilməsi sualına isə cavab verib ki, məhkəmə binasına giriş azad olub, silah nəzarəti həyata keçirilmir.
XS
SM
MD
LG