Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Tələbələr «Karyera günləri»ndən razı qaldılar


“Karyera günləri”, 1 iyun 2006
“Karyera günləri”, 1 iyun 2006

İyunun 1 və 2-də AIESEC tələbə təşkilatının Azərbaycan nümayəndəliyi azərbaycanlı tələbələr üçün ilk dəfə olaraq “Karyera günləri” keçirdi. 10 yerli və xarici şirkətin Azərbaycan üzrə nümayəndələri tələbələrə öz qurumlarında olan karyera imkanları, işəgötürmə prosesi, yay təcrübələri və qısamüddətli işlər haqqında məlumat verdilər. Tələbələrin əksəriyyəti “Karyera günləri”ndən razı qaldılar.


AIESEC Azərbaycanın rəhbəri Bəxtiyar Hacıyev deyir ki, Azərbaycanda ilk dəfə olduğundan tələbələr “Karyera günləri”ni Əmək yarmarkalarına bənzədirlər. Amma “Karyera günləri”ndə məqsəd bir qədər fərqlidir.


Bəxtiyar Hacıyev bildirir ki, bundan sonra hər il tələbələr üçün “Karyera günləri” keçiriləcək və növbəti tədbirlərində daha çox şirkətlərin cəlb olunması üçün AİESEC əlindən gələni edəcək.


Tələbələr kitabxananın bağlanmasına etiraz edirlər


Bakıdakı Firdovsi adına kütləvi kitabxananın oxucuları, əsasən də tələbələr bu günlərdə kitabxananın bağlanacağını eşidib etiraz edirlər. Deyirlər ki, ətrafında bir neçə ali məktəbin yerləşdiyi kitabxananı nəinki bağlamaq, hətta başqa bir yerə köçürtmək də tələbələr üçün yeni problemlər yaradacaq.


Kitabxananın direktoru Vəli Cabbarov binanın özəlləşdirildiyini və oranı tərk etmək üçün kitabxana işçilərinə iki ay vaxt verildiyini deyir. Direktorun sözlərinə görə, kitabxana rəhbərliyi məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirlikdən verilən məlumata görə, hazırda problemi müzakirə edirlər.


İpotekaya dair müsabiqə


Azərbaycan İpoteka Fondu və İqtisad Universiteti “Azərdaycanda yaşayış sahələrinin alınmasında İpoteka kreditinin rolu və inkişaf perspektivləri” mövzusunda elmi məqalələr müsabiqəsi elan edib. Universitetin Elm şöbəsinin müdiri Mustafa Sadıqov deyir ki, əsas məqsəd gənclərin ipoteka kreditinə dair bilgilərini artırmaqdır. Onun sözlərinə görə, müsabiqədə hansı ali məktəbi təmsil etməsindən asılı olmayaraq bütün tələbələr, magistrlər və hətta elmi dərəcəsi olmayan müəllimlər də iştirak edə bilərlər.




Elmi məqalələr iyunun 30-dək İqtisad Universitetinin Elm şöbəsinə təqdim olunmalıdır. Mustafa Sadıqovun sözlərinə görə, 3 nəfər qalibin adı növbəti tədris ilinin əvvəlində elan olunacaq. Qaliblərə pul mükafatları və diplomlar veriləcək.


DİNLƏYİN!



XS
SM
MD
LG