Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:24

Obama İlham Əliyevə zəng edib


Obama Amerikanın Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırmaq səylərini dəstəklədiyini deyib
Obama Amerikanın Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırmaq səylərini dəstəklədiyini deyib
Amerika prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Ağ Evin yaydığı məlumata görə telefon söhbətində Qafqazdakı münaqişələr müzakirə olunub.

ABŞ prezidenti Azərbaycan, Ermənistan və Türkiyənin uzun müddətdir cəlb olunduğu mübahisələrin dinc yolla həllinə çağırıb.

Obama ölkəsinin Azərbaycanla münasibətlərə sadiq olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olunmasına dəstək verəcəyini bildirib.

Ağ Evin lideri eyni zamanda Amerikanın Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırmaq səylərini dəstəklədiyini və bu səylərin regionda sülh və təhlükəsizliyin bərqərar olması ilə nəticələnəcəyini deyib.
XS
SM
MD
LG