Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:44

Moldovada kommunistlərin qələbəsi rəsmən təsdiqləndi


Moldovanın Mərkəzi Seçki Komissiyası aprelin 5-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqləyib. Parlamentdəki yerlərin əksəriyyətini - 60-nı kommunistlər qazanıb.

Kommunistlərin qələbəsi bir neçə gündür paytaxt Kişinyovda iğtişaşlarla nəticələnib, bir nəfər ölüb, 270-dən artıq insan xəsarət alıb.

Kommunistlərdən olan president Vladimir Voronin ölkədə baş verənlərə görə qonşu Rumıniyanı ittiham edib, hökuməti devirməyə cəhd elədiyini bildirib. Rəsmi Buxarest isə ittihamları təkzib edir.

Bu arada Qərb ölkələri tərəfləri təmkinli olmağa çağırıb.

Avropa Birliyi gərginliyin artmasından dərin narahatlığını bildirib.

XS
SM
MD
LG