Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:50

Bir səfərin əks-sədası...


Türkiyə prezidenti Yerevanda. 6 sentyabr 2008
Türkiyə prezidenti Yerevanda. 6 sentyabr 2008
Azərbaycanın və Ermənistanın prezidentləri mütəmadi olaraq, ən azı ildə bir dəfə görüşürlər. XİN-nin yüksək ranqlı məmurları isə daha intensiv görüşlər keçirirlər, amma bütün bunlar Azərbaycanda hər hansı bir rezonansa səbəb olmayır.

Türkiyə prezidentinin isə bircə dəfə Ermənistana getməsi çox böyük rezonans yaratdı. Türkiyə rəsmiləri məcbur olub bəyanat verdilər ki, heç bir halda onlar Azərbaycanın maraqlarına zidd hərəkət etməzlər.
Təbii ki, hərbidən fərqli olaraq diplomatiya daim fəaliyyətdə olmalıdır. Elə bu səbəbdən Ermənistan və Türkiyənin diplomatlarının görüşlərinə çox da emosional reaksiya verilməməlidir.

Azərbaycan hakimiyyəti isə cəmiyyətini məlumatlandırmaq fikrindən çox uzaqdır. Bir vaxtlar fəal insanlar belə halda müxtəlif aksiyalar keçirirdilər. İndi bu cür aksiyalara icazə verilmir. Kifayət qədər məlumat olmadan isə hansısa nəticəyə gəlmək o qədər də düzgün yanaşma deyil. Nəticə dəqiq informasiyalar əsasında çıxarılmalıdır.

Bəs bundan sonra nə baş verəcək? Böyük ehtimalla bu görüşlərin elə bir siyasi nəticəsi olmayacaq. Düzdür, sərhədyanı şəhərlərin rəhbərləri əvvəllər də sərhədlərin açılması təklifi ilə çıxış etmişdilər.

Hərçənd ki, Türkiyənin özünün Ermənistanla ciddi problemləri var. Sadəcə Ermənistan başa düşmək istəmir ki, bir neçə ölkədə onlar «soyqırım tanınmasına» nail olublar. Amma bunun Ermənistan üçün hər hansı faydası olubmu? Əksinə bu siyasət Ermənistanın təcrid olnumasına gətirib çıxarıb.

Azərbaycanın dövlət rəsmilərinə gəldikdə isə onlar münaqişə ilə bağlı siyasəti gücləndirməlidirlər. Bir də ki, bu hadisənin fonunda milli kimlik məsələsi unudulmamalıdır. Türkiyə ilə münasibətlərin gələcəkdə necə olmasından asılı olmayaraq unutmaq lazım deyil ki, Azərbaycanın əhalisinin əksəriyyətinin etnik mənşəyi türkdür. Dövlətlərarası münasibətlər yaxşı da ola bilər, ya da pisləşə bilər. Amma milli kimlik məsələsi siyasi gündəliyə çıxarmaqla siyasi predmetə çevrilməməlidir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG