Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

Ağ Ev Pakistanın şimal-qərbində şəriət qanunlarının tətbiqi ilə bağlı sərəncamı bəyənmir


Ağ Evdən bildiriblər ki, Pakistan prezidentinin Svat dərəsində şəriət qanunlarının tətbiqi ilə bağlı sərəncamını bəyənmirlər. Ağ Evin nümayəndəsi Robert Qibbs deyib ki, bu addım ölkədə demokratiya və insan haqları ilə bağlı vəziyyətə mənfi təsir edəcək və Amerika bunu Pakistanda təhlükəsizliklə bağlı uğurlu qərar hesab etmir.


Pakistan prezidenti Asif Əli Zərdari Svat dərəsində şəriət qanunlarının tətbiqi ilə bağlı sərəncamı aprelin 13-ü imzalayıb. Bundan əvvəl, Milli Şuranın deputatları prezidenti şəriət qanunlarının tətbiqini dəstəkləməyə çağırmışdı.

XS
SM
MD
LG