Amerika prezidenti Barak Obama qızlarına söz vermişdi ki, ötən ilki prezident seçkisindən sonra itləri olacaq. Bo adlı 6 aylıq ağ-qara Portuqaliya iti Ağ Evə dünən gətirilib. Obama ailəsi iti müxbirlərə də göstərib. İt demokrat senator Edvard Kennedinin prezident qızlarına hədiyyəsidir.