Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:32

Nazirlərin konkret razılığa gələ bilmədiyi deyilir


Amerikalı həmsədr Stiven Mann nazirlərin Paris görüşündə iştirak etməyib
Amerikalı həmsədr Stiven Mann nazirlərin Paris görüşündə iştirak etməyib
İyunun 13-də Parisdə görüşən Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyanın görüşündə qərar alınıb ki, münaqişənin nizamlanmasına dair danışıqlar davam etdirilsin. Məlumatı «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə verib. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçib. Cənab Tağızadənin sözlərinə görə, tərəflər konkret razılığa gələ bilməyiblər. Danışıqlarda ATƏT-in Minsk Qrupunun Rusiya və Fransadan olan həmsədrləri - Yuri Merzlyakov və Bernar Fasye, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. ABŞ Dövlət Departamentində başqa vəzifəyə keçirilən amerikalı həmsədr Stiven Mann isə Paris görüşündə iştirak etməyib.
XS
SM
MD
LG